NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 453
Bu gün müsəlmanların 9-cu imamı Həzrəti Muhəmməd Təqi (ə)-ın şəhadət günüdür

Bu gün müsəlmanların 9-cu imamı Həzrəti Muhəmməd Təqi (ə)-ın şəhadət günüdür

Cavad ləqəbli Muhəmməd ibn Əli ibn Musa (ə) imamiyyə etiqadında olanların doqquzuncu imamıdır

İslaminSesi.info - İmam Cavad (ə) hicri 195-220 illərdə yaşayıb. Hicri 195-ci ildə Mədinədə dünyaya göz açmış, atası İmam Rza (ə) ın şəhadətindən sonra səkkiz yaşında imamət məqamına yetişib.

 

İmam Cavadın (ə) imamət dövrü 17 il olub və 25 yaşında Abbası xəlifəsi Mötəsimin vaxtında şəhadətə qovuşub.

 

İmam Cavad (ə) ən gənc yaşında şəhadətə yetişmiş imamdır. Məzarı Bağdad yaxınlığında (Kazimeyndə) babası İmam Kazımla (ə) bir məqbərədə yerləşir.

 

İmam Cavadın (ə) yaşadığı dövür həm siyası cəhətdən mürəkkəb, həm də müxtəlif yalnış əqidələrin cövlan etdiyi vir vaxta təsadüf edir. Beləki İmam (ə) Abbasilərlə mübarizə aparmaqla yanaşı,yanlış Zeydilərlə, Vaqifilərə, Əhli-hədislə, Ğulatlarla da mübarizə aparır, elmi müzakirələr edir, öz ardıcıllarını bu batil yollardan çəkindirirdi.

Həzrət İmam Cavadın(ə) necə şəhid edilməsi haqda tarix kitablarında 3 rəvayət yazılıb. Bir rəvayətdə onun Mötəsimin Əşnas adlı qulamı tərəfindən zəhərləndirilməsi, başqa bir rəvayətdə Mötəsimin məmurlarından biri tərəfindən zəhərləndirilməsi və başqa bir rəvayətdə isə Mötəsimin təhrikilə İmam Cavadın(ə) həyat yoldaşı tərəfindən zəhərləndirilməsi qeyd olunub. Əhli-beytin(ə) həyatı haqda bir çox kitabların müəllifi olan tədqiqatçı alim Əllamə Seyyid Cəfər Mürtəza Amilinin nəzərinə görə hər üç rəvayət düzgündür. Beləki Mötəsim İmam Cavadı(ə) zəhərləmək üçün hər 3 nəfəri məmur edir ki, öz hədəfinə çatmaq üçün əmin olsun.

 

Imam Cavad (ə) maddi və mənəvi sıxıntılar zamanı təvəssül edilməsi tövsiyə edilən imamdır. Bu səbəbdən İmam (ə) "Babəl-həvaic" (hacətlər qapısı) kimi tanınır. Hədis və alimlərin tövsiyyələrinə əsasən dünya işlərində, xüsusən ailə qurmaq istəyənlər, maddi sıxıntısı olanlar, xəstəlik və müəyyən çətinlikləri olanlar İmam Cavad (ə) a təvəssül edib istəsinlər. Cavad imamın ləqəbidir. Əli açıq, səxavətli, bol ehsan edən mənasındadır.

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system