NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün möminlərin əmiri İmam Əlinin (ə) mövlud günüdür

Oxundu: 518
Bu gün möminlərin əmiri İmam Əlinin (ə) mövlud günüdür

İmamın mübarək məzarı hazırda Nəcəf şəhərində “vadius-səlam” qəbirstanlığındadır. Allaha şükürlər olsun ki, düşmənin min cür məkr və hiylələrinə baxmayaraq bu gün İmamın (ə) pak hərəmi Əhli-Beyt (ə) sevərlər tərəfindən rahat ziyarət edilə bilir.

Həzrət Əlinin (ə) mövludu hicrətdən 23 il əvvəl rəcəb ayının 13-də baş verib. Həm şiə, həm də sünni mənbələrinə görə imam Kəbə evinin içində dünyaya gəlib.

 

İslaminSesi.info - Bu gün rəcəb ayının 13-ü möminlərin əmiri, peyğəmbərin müsəlman ümmətinə təyin etdiyi canişin, peyğəmbərin kürəkəni, imamlar atası və peyğəmbərin nəslinin davamçısı, döyüş meydanlarının qəhrəmanı və birinci imam həzrət Əli ibni Əbu-Talibin (ə) doğum günüdür.

 

Həzrəti Əlini (ə) hər kəs bir cür tanıyır. Yəni hər kəs Onu öz baxış prizmasında dəyərləndirməyə çalışır. Çünki O Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını orda tapa bilir. Alim, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Bu da kamilliyin göstəricisidir.

 

Butün bunlarla yanaşı Hz. Əli (ə) bir eşq, sevgiyə layiq bir rəhbər nümunəsidir. Onun (ə) boyük, ali ruhiyyəsi sevənlər və düşmənləri üçün elə bir cazibə və dafiə yaratmışdır ki, heç misli görünməmiş. Onu (ə) sevənlər elə sevir ki, heç misli olmadığı kimi. Düşmənləri elə kinə məxsusdur ki, bu kin onları həlak edir.

 

Həmçinin Allah Təala İmam Əliyə (ə) elə bir şey nəsib etmişdir ki, bəşər tarixində bunu heç kəsə verməmişdir. O Həzrət (ə) Allahın “evində”, Kəbənin içində dünyaya gəlmişdir. Bir çox vəhhabi məsləkli alimlər bunu inkar etməyə çalışsalar da sünni mənbələrində imamın Kəbə evinin içində dünyaya gəlməsi dəfələrlə yer alıbdır:

 

Belə ki:

1. Hakim Nişaburi ( 405 h.q) “əl-Mustədrək ələs-Səhihəyn” əsərində deyir: Çoxsaylı hədislərdə nəql edilib ki, Əsəd qızı Fatimə Əmirəl-Möminin Əlini (ə) Kəbənin içində dünyayagətirib.

2. Şah Vəliyyulah Dehləvi (1176 h.q) “İzalətul-xəfa ən xilafətul-xuləfa” əsərində deyir: Əli ibni Əbi-Talibin (ə) fəzilətlərindən biri onun Kəbə içində dünyaya gəlməsidir.

3. Sibt ibni-Couzi (654 h.q) “Təzkirətul-Xəvass” əsərində deyir: Əsəd qızı Fatimə hamilə ikən Kəbə evi ətrafında təvaf edirdi ki, onu sancı tutanda Kəbə evinin qapıları onun üzünə açıldı. O, içəri daxil olaraq, Əlini (ə) dünyaya gətirdi.

4. Tanınmış tarixçi Məsudi (346 h.q) “Murəvvicuz-Zəhəb” əsərində deyir: Əlinin (ə) doğum məkanı Kəbədir.

5. Gənci Şafei (658 h.q) “Kifayətut-Talib” əsərində deyir: Əmirəl-Möminin Əli ibni Əbu-Talib (ə) Məkkədə Allahın evi olan Kəbənin içində dünyaya gəlib və bu rəcəbin 13-ü cümə gününə təsadüf edir. Ondan öncə və sonra heç kim bu məqama nail olmayıb.

6. İbni Səbbağ Maliki (855 h.q) “əl-Fusul əl-Muhimmə” əsərində yazır: Əli (ə) Kəbənin içində doğulub. Ondan öncə və sonra heç kəs bu şərəfə nail olmayıb. Allah onu əzizləmək və xüsusi olduğunu bildirmək üçün bunu edib.

7. Məşhur tarixçi Əli ibni Burhaniddin əl-Hələbi (1044 h.q) “Sirətul-Hələbiyyə” əsərində deyir: Çünki o, (ə) peyğmbərdən (s) 30 il sonra Kəbə evində dünyaya gəlib.

 

Həzrəti Əli (ə) Ramazan ayının 19 –da İbn Mülcəm tərəfindən sübh çağı Küfə məscidində namaz üstə başından qılınc zərbəsi alaraq yaralənır. Qilinc zəhərli olduğu üçün İmam üç gün sonra ayın 21-də şəhadəta qovuşur.

 

Həzrət Əli(ə) öz vəsiyyətinə uyğun olaraq dəfn olunur. Öz vəsiyyətini böyük oğlu İmam Həsənə (ə) tapşırır. Hədislərdə var ki, dəfn olunacaq yeri soruşduqda İmam (ə) buyururki, Onu (ə) qüsul, kəfən edib gözləsinlər. Belədə edirlər. Qüsul, kəfən işlərində O Həzrətin (ə) övladlarından və yaxın dostlarından savayı kimsə olmur. İş bitdikdən sonra hər kəs dağılıb gedir. Yalnız İmam Həsən və Huseyn (ə) qalırlar. Sonra Həzrətin (ə) tabutu iki İmamın (ə) , Cəbrayılın və Mikayılın çiyinlərində Kufədən uzaqlaşıb indiki Nəcəf istiqamətinə yol aldilar. İndiki məzar olan yerdə o Həzrətin (ə) öz gostərişlərinə uyğun dəfn edirlər (Sibteyn.Com)

 

Həzrəti Əli(ə) ın məzarı yüz il gizli qalmışdır, necə ki Xanım Zəhranın (s)ın məzarı gizlidir. Bu da onların təqib olunmalarına, zülm olunmalarına, düşmənlərinin çox olmalarına bir göstəricidir.

 

Çünki belə olmasaydı bu cür şəxsiyyətlərin məzarlarının yerinin unudulması mümkün deyil. Bunun bir açıqlaması olmalıdır. O da budur ki, Əməvilər sülaləsinin Allahın höccətinə qarşı o qədər kinləri olub ki, hətta yüz ilə yaxın öz namazlarında O həzrəti belə lənətləyiblər. Yüz ildən sonra (40-139 h.q) sonra ilahi hikmətlə İmamın (ə) qəbi şərifi aşkara çıxıb.

 

İmamın mübarək məzarı hazırda Nəcəf şəhərində “vadius-səlam” qəbirstanlığındadır. Allaha şükürlər olsun ki, düşmənin min cür məkr və hiylələrinə baxmayaraq bu gün İmamın (ə) pak hərəmi Əhli-Beyt (ə) sevərlər tərəfindən rahat ziyarət edilə bilir.

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system