Bu gün möminlərin əmiri həzrət Əli (ə)-ın şəhid olan günüdür

Oxundu: 545
Bu gün möminlərin əmiri həzrət Əli (ə)-ın şəhid olan günüdür

Bu gün ramazan ayının 21-i İslam Peyğəmbərinin (s) canişini, müsəlmanların birinci imamı mövla həzrət Əli ibni Əbu-Talibin şəhadətinin ildönümüdür.

 

İslaminSesi xəbər verir ki, müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin (ə) zərbətləndiyi gecə Ramazan ayının 18-dən 19-a keçən gecəyə təsadüf edir. Bu hadisədən sonra İmam (ə) 3 gün yaşadı. Onu (ə) Allah Rəsulunun (s) buyurduğu kimi “bədbəxtlərin bədbəxti” İbn-Mülcəm Kufə məscidində sübh namazında arxadan, başından qılıncla vurmuşdu. Ramazan ayının 21-də yer üzünün höccəti gözünü dünyaya yumub, əbədiyyət aləminə köç etdi.


Rəvayətdə buyurulur ki, İmam 19-u axşam qızı Ummu-Gülsümün evində qonaq idi. Sübhə qədər narahat idi, bir az yata bildi. İbni-Səd Həzrəti İmam Həsən (ə)dan nəql edirki, İmam (ə) yuxuda Peyğəmbəri (s) gördü, ona (s) ümmətin etdiyi haqsızlıqlardan, zülümlərindən şikayət etdi. Peyğəmbər (s) Əlidən (ə) ümmətə nifrin etməyini istədi. Bu zaman Əli (ə) belə dua : “İlahi mənə bunlardan yaxşı camaat, onlara isə məndən pis rəhbər ver”.



Hədislərdə var ki, İmam Əli (ə) namaz vaxtı zərbətlənib. Meysəm ibn Təmmardan rəvayət olunur ki, İmam (ə) namazda idi. İbn Mülcəm içəri girib İmamın (ə) başına qılıncla zərbə endirdi. Demək olar ki bu hadisəni bütün islam alimləri yekdilliklə qəbul edirlər.

 

Hədislərdə gəlib ki, İbn-Mülcəm Küfəyə gələndə Şəcnə ibn Əddinin qızı Qutamı görür . O qıza vurulur. Qutam deyir ki əgər məni istiyirsənsə mənim mehriyyəm Əlinin (ə) qanıdır. İbin Mülcəm deyir elə məndə ona görə bura gəlmişəm. O həmən gecə Əşəs ibn Qeys Kəndinin evində qalır. O qılıncına zəhər sürtüb Kufə məscidinə tərəf yola düşür və həmin zəhərli qılıncla İmamı (ə) başından yaralayır. Bu işdə ona yoldaşlıq edənlərdən biri də Şəbib ibn Bəcrə Əşcəidir.



“And olsun Kəbənin rəbbinə ki, mən qələbə çaldim.” Bu məşhur kəlam Həzrəti Əliyə(ə) məxsusdur. İmam (ə) bu sözü İbn-Mülcəmin zərbəni endirdiyi an deyib. 


Həzrəti Əli (ə) böyük cazibə və dafiə sahibidir. Haqq əhlinin qəlbi ona doğru cəzb olunar, qəlbləri eşqlə dolar. Nahaq əhli isə ondan dəf olub uzaqlaşar. Ondan uzaqlqşdıqca da zəlalətə qərq olarlar. Çünki Həzrəti Əli (ə) haqqı batıldən ayıran meyardır. Qiyamətə qədər haqq və batil Onunla ayırd ediləcək.

 

Peyğəmbər (s) buyurub: Ey Əli səni yalnız mömin sevər və yalnız münafiq sənə qarşı kinli olar.

(Müsnəd, Əhməd Hənbəl 6-323. Müstədrək Hakim, 3-121. Məcməuz-Zəvaid 9-130.)

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system