NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatının ildönümünüdür

Oxundu: 573
Bu gün İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatının ildönümünüdür

Bu gün 4 iyun (şəmsi-14 xordad) İslam İnqilabının (1979) banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümüdür.

 

İslaminSesi.info xəbər verir ki, iyun ayının 4-ü (14 xordad) İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü günüdür. İmam Xomeyni 1902-ci ildə dünyaya gəlib və 1989-cu ilin iyununda vəfat edib.

 

İnqilabı ilə dünyada misilsiz siyasi zəlzələ yaradan bu arif və fəqih ömrünün 15 ilini sürgündə keçirib.

 

İran başda olmaqla bir sıra müsəlman ölkələrində İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə əlaqədar mərasimlər keçirilməkdədir.

 

İmam Xomeyni İraqda sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin pozğun mahiyyəti və Amerikanın İrandakı qanunsuz tamahkarlıqlarını ifşa etdi və aydınlaşdırıcı bildirişlər yayaraq, İslam İnqilabının zəfər çalmasına şərait yaratdı. 


Nəhayət, mübarizənin yüksəlişi və İmam Xomeyninin Fransaya hicrət etməsi, sonradan isə İrana əzəmətli qayıdışı İslam İnqilabının 1979-da zəfər çalması ilə nəticələndi. 

 

 Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi dünyanı ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq olardı. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “nə şərqi nə qərbi yalnız islam cümhuriyyəti” olan bir iqtidar meydana gəldi.

 

İmamın vəfatı və dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşdü. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsi idi. O zaman  Ayətullah İmam Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system