NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 475
Bu gün İslam aləminin ilk müsəlman xanımı Hz. Xədicənin vəfat günüdür

Bu gün İslam aləminin ilk müsəlman xanımı Hz. Xədicənin vəfat günüdür

Bu gün mübarək ramazan ayının 10-u peyğəmbərin zövcəsi, behişt xanımlarının sərvəri, ilk müsəlman qadın həzrət Xədicənin vəfatı günüdür.

İslaminsesi.info - Xanımın (ə) atası tarixi mənbələrdə Xuveylid ibn Əsəd, anası Fatimə binti Zaidə adilə qeyd olunur. Doğum tarixi peyğəmbərlikdən 40 il qabağa düşür, çünki Peyğəmbər (s)a peyğəmbərlik veriləndə o xanımın qirx yaşı var idi.


Tarixi mənbələrdə Xanımın İslamdan qabaqkı həyatı barəsində ətraflı məlumat verilmir. Yalnız deyiblər ki, O şərəfli, nəsəbli, üstün əxlaqa malik olan, sərvətli, ticarətlə məşğul olan, atasından qalmış mirasa sahib bir xanım idi. 


Xədicə (s) Allah Rəsulunun (s) ilk həyat yoldaşı olub. Hətta o xanımın vəfatına qədər başqa qadınla evlənməyib. Peyğəmbərin (s) Xədicə xanımdan 2 oğlu Qasim və Abdullah, 4 qızı Zeynəb, Ruqəyyə, Ummu Gülsum və Fatimə (s) dünyaya gəlib. 

 

 Xədicə bint Xüvəylid islam peyğəmbərilə (s) 25 il birgə yaşayıb. Məhəmməd (s) peyğəmbər Xədicənin (ə) cənnətin dörd xanımından biri olduğunu buyurub. Məhəmməd (s) peyğəmbər Xədicəyə (ə) olan istəyini həmişə müxtəlif yollarla bəyan edərdi. Xüsusilə, onun islam dini yolunda göstərdiyi fədakarlıqlıqlar islam dünyasında dillər əzbəri olmuşdur. Məhəmməd (s) peyğəmbər buyurub ki, o, məni elə bir zamanda müdafiə etdi ki, məkkəlilər mənə arxa çevirmişdi.


Xədicə xanımın Peyğəmbəri Əkrəmdən (s) qabaq ailəli olub olmaması mübahisəlidir. O xanımın Peyğəmbərdən qabaq ailəli olduğunu deyənlər də var, bunu inkar edenlər də. Məsələn Seyyid Mürtəza “ Şafi” kitabında, Şeyx Tusi özünün “ Təlxis” kitabında xanımın Həzrəti Peyğəmbərdən (s) qabaqkı evliliyini inkar edirlər.

 

İbni-Kəsir, İbn İshaqdan nəql edir ki, xanım Xədicə dürüstükdə, doğruçuluqda, gözəl əxlaqı ilə şöhrət tapmış Əmin ləqəbi ilə tanınan Muhəmmədi (s) öz ticarət karvanına rəhbər təyin edir, bütün işlərini Ona (s) tapşırır. Sonralar peyğəmbərdəki (s) bu üstünlükərin daha yaxından şahidi olan Xədicə (s) Onunla (s) evlənir.


Xədicə xanımın iman gətirməsi barəsində bütün alimlərin fikir birliyi vardır ki o xanım müsəlmanların ilk iman gətirənidir, hətta Peyğəmbərlə bərabər ilk namaz qılan kəsdir. O xanım peyğəmbərliyin ilk günlərindən daima Peyğəmbərin(s) yanında olmuş, Onunla (s) bərabər bütün əziyyətlərə dözmüş, hətta demək olarki bütün sərvətini islam yolunda sərf etmişdir.

 

Xanım hicrətdən üç il qabaq dunyasını dəyişmişdir. Allah Rəsulu onu məzara qoyarkən öz əbasına bükmüşdur. Məzarı Məkkə yaxınlığında Hcun dağının ətəyindədir. Miladi 8-ci əsrdə Xanımın məzarı üzərində məqbərə tikilmiş, miladi 950-ildə isə Osmanlı hökmüdarı Qanuni Süleyman tərəfindən Misir məqbərələrinə uyğun yenidən işlənmişdir. Tarixin uzun illərinin sınağından keçib günümüzə qədər gəlib çatan xanımın o kiçik məqbərəsi Məkkə yaxınlığında ziyayətçilərin ixtiyarındadır.

 

Xanımın türbəsi Məkkə yaxınlığında ziyarətçilərin ixtiyarında idi. Ali Səud tərəfindən başqa məzhəbi ziyarətgahların dağıdıldığı kimi Xanımında məqbərəsi dağıdılmışdır. Xanımın məzarı movcuddur və ziyərətçılərin ixtiyarındadır


Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system