Bu gün İranda şəhid Qasim Süleymaniyə qırx mərasimləri təşkil ediləcək

Oxundu: 146
Bu gün İranda şəhid Qasim Süleymaniyə qırx mərasimləri təşkil ediləcək

Bu gün İranda Tehran və bir sıra şəhərlərdə SEPAH Qüds Briqadasının keşmiş komandiri şəhid Qasim Süleymaniyə 40 mərasimləri təşkil ediləcək.

 

İslaminSesi Alaləm-ə istinadən xəbr verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə əlaqələr şöbəsinin sədri Ramazan Şərif açıqlamasında bildirib.

 

Ramazan Şərifin bildirdiyinə görə General Süleymani və digər şəhidlərin anım mərasilməri cümə axşamı məğrib və işa namazlarından sonra təşkil ediləcək.

 

Ramazan Şərif əlavə olaraq mərasimlərin 24-27 fevral arası digər şəhər və əyalətlərdə də davam edəcəyini bildirib.

 

Həmçinin Tehranın mərkəzi Müsəlla məscidində keçiriləcək 40 mərasiminə ölkə rəsmilərinin də qatılacağı bildirilib.

 

Xatırladaq ki, bu il yanvarın 3-də,İran İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani, Həşd Şəbi komandiri Əbu Mehdi Əl-Mühəndis, Həşd Şəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və digər 7 şəxs Amerika qüvvələri tərəfindən İraqda Bağdad aeroportu yaxınlığında raketlə vurularaq şəhid edilib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system