NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bü gün İmam Sadiqin (ə) şəhadət günüdür

Oxundu: 320
Bü gün İmam Sadiqin (ə) şəhadət günüdür

Hicri-Qəməri tarixi ilə şəvvalın 25-i müsəlmanların 6 imamı Cəfər Sadiqin (ə) zəhərləndirilərək şəhid edilən günüdür.

İslaminSesi xəbər verir ki imam Abbasi Xəlifəsinin məmurları tərəfindən 148 hicri ilində zəhərləndirilərək şəhid edilib. İmam hicri-qəməri ilinin 83-cü ilində Mədinədə dünyaya gəlib və Mədinədə Bəqi qəbirsanlığında da digər imamların yanında dəfn edilib. İmamı şəhid edən Abbasi xəlifəsi Əbu-Cəfər Mənsur  onun xalq arasında nüfuzundan xofda idi və xəlifə imamın həyatda qalmasından qorxurdu. Əbu-Cəfər Mənsur o qədər zalım biri idi ki hətta Abbasi xilafətinin yaranmasında ən böyük rolu olmuş Əbu-Muslim Xorasanini belə qətlə yetirməkdən çəkinmədi və onun bütün dostlarını dar ağacından asdı.

 

İmamın imamət dövrü ümumilikdə 34 il sürüb. Bu dövr zalım Bəni-Üməyyə hakimiyyətinin zəifləməsi və süqut etməsi (139 hicri-qəməri), Abbasilərlə və Ümməyyə hakimiyyəti arasında hakimiyyət uğrunda gedən qarşıdurmalar və döyüşlərin zamanına təsadüf edib.

 

Digər tərəfdən Üməyyə hakimiyyətinə qarşı qalxan qiyamlar və sair amillər imama dinin təbliği, şagirlərin yetişdirilməsi və islam dininin təməl elmi əsaslarını qoymağa imkan verib. Məhz buna görədir ki İmam Sadiqin digər imamlarla müqayisədə dəfələrlə çox şagirdi və ravisi olubdur. Mühəddislər və Rical elminin alimləri İmam Sadiqin 4 min şagirdinin olduğunu deyiblər.

 

Buna baxmayaraq, İmam Mənsur Abbasi tərəfindən zəhərləndirildikdən sonra şiələr arasında bəzi ixtilaflar ortaya çıxdı. Bu zaman İsmailiyyə, Fətəhiyyə, Navusiyyə ki firqələr ayrılaraq, bir müddət təxribatlara səbəb oldular.

 

Rəvayətlərə görə imamın 3 həyat yoldaşı və 10 övladı olub. İmamın anası isə Ümmü-Fərvə birinci xəlifə Əbu-Bəkr bin Əbi-Quhafənin nəvəsi olub.

 

İmam Sadiqin (ə) şəhadətinə görə ötən gecə Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində Əhli-Beytsevərlər və imam aşiqləri hüzn mərasimləri keçiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system