NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün İmam Rzanın (ə) şəhid edildiyi gündür

Oxundu: 112
Bu gün İmam Rzanın (ə) şəhid edildiyi gündür

Hicri-qəməri tarixi ilə səfər ayının sonuncu günü İmam Rzanın (ə) şəhid edilən günüdür.

"İslaminSesi" xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə səfər ayının 29-u sonuncu  gündür. Hicri tarixinin 203-ci il səfər ayının sonuncu günü (29-u) müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

 

İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası İmam Kazım (ə) Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib. 

İmamın məzarı Məşhəd şəhərindədir. Şəhərin belə adlanması da imamın şəhid olması ilə bağlıdır. Hər il imamı ziyarət etmək üçün bu şəhərdəki ziyarətgaha 20 milyon insan gedir.

 

Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s)  belə nəql edir ki, həzrət buyurmuşdur:

 

"Tezliklə mənim bədənimin bir parası (övladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah cənnəti vacib edər, bədənini isə cəhənnəm oduna haram edər."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system