Bu gün İmam Rza (ə)-ın şəhadət günüdür – Qısa tərixçə

Oxundu: 138
"

Hicri-qəməri tarixi ilə səfər ayının sonuncu günü İmam Rzanın (ə) şəhid edilən günüdür.

 

İslaminSesi.info xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə səfər ayının sonuncu  gündür. Hicri tarixinin 203-ci il səfər ayının sonuncu günü (29-u) müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

 

İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası İmam Kazım (ə) Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib. 

 

İmamın yaşadığı dövr Abbasilərin vaxtına təsadüf edir. 21 illk imamət dövrünün 10 ili Harun ər-Rəşidin, qalan vaxtı isə xəlifə Məmunun vaxtına düşür. Məmun öz hakimiyyətini möhkəmlətmək və şiələrlə münasibəti düzəltmək məqsədi ilə hiyləyə əl atır. İmama (ə) vəliəhdlik təklif edir və İmamı (ə) buna məcbur edir. Qəbul etmədikdə xəlifə zora əl atır və o Həzrəti (ə) məcburi şəkildə mərv şəhərinə gətizdirir. Bu hadisə illərlə qətl və təqiblərə məruz qalan Əhli-Beytin həyatinda yeni mərhələ açir.

 


Bu təqiblərlə, qətllərlə yanaşı sürgünlərin başlanması idi. Həzrət Məsumənin Qum şəhərinə, Hökümə Xanımın Azərbaycana gəlməsi, digər bacılarin Rəşt və İsfahanda dəfn olunması bunun bariz nümunəsidir.



İmamın məzarı Məşhəd şəhərindədir. Şəhərin belə adlanması da imamın şəhid olması ilə bağlıdır. İmamın şəhadətində 1200 il ötür. Hər il imamı ziyarət etmək üçün bu şəhərdəki ziyarətgaha 20 milyon insan gedir.

 

Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s)  belə nəql edir ki, həzrət buyurmuşdur:

 

"Tezliklə mənim bədənimin bir parası (övladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah cənnəti vacib edər, bədənini isə cəhənnəm oduna haram edər."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system