NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün İmam Kazımın (ə) mövlud günüdür – Həyatına qısa baxış

Oxundu: 494
Bu gün İmam Kazımın (ə) mövlud günüdür – Həyatına qısa baxış

Bu gün səfər ayının 7-si İmam Musa Kazımın (ə) mövludu günündür.

İslaminSesi – On iki imamiyyə etiqadında olanların 7-ci imamı İmam Kazım (ə) hicrətin 128-ci ilində səfər ayında Mədinədə dünyaya göz açıb. Atası imam Sadiq (ə), anası Həmidə adlı təqvalı bir xanımdır.

 

İmam Kazım (ə) 55 il ömür sürmüş, onun 35 ilini ümmətə imamlıq etmişdir.

 

İmamın (ə) həyat dövrü Əməvilərin süqutu, Abbasilərin qüdrət əldə etdiyi vaxtlara təsadüf edir. İmam (ə) 4 Abbasi xəlifəsi ilə həmzaman olub və 35 illik imamət dövrünün böyük hissəsini zindanlarda keçirib. Demək olar ki, İmam Kazim (ə) həmzamanı olduğu 4 Abbasi xəlifəsinin dördünün də zamanında çətin həyat yaşamışdır. Xüsusən də Mənsur Dəvaniqi hakimiyyəti dövrünə təsadüf edən 22 illik imamət dovrü İmamın (ə) həyatının ən ağır dövrü hesab olunur.

 

İmam (ə)digər xəlifələrin zamanında nəzarət altında yaşasa da Harun Ər-Rəşid zamanında bu nəzarət zindan həyatı ilə əvəz oldu. Hicrətin 179-cu ilində İmam (ə), Abbasilərin zalim və qəddar xəlifələrindən biri olan Harun ər-Rəşidin göstərişi ilə həbs edilir və məcbur şəkildə Bəsrəyə sürgün edilir. Harun, İmamı (ə) şəxsən Bəsrə hakimi İsa ibn Cəfərin zindanına saldırır və ona tapşırır. Lakin Bəsrə hakimi Haruna məktub yazaraq İmamı (ə) başqa yerə göndərilməsi üçün xahiş edir. Harun onun bu istəyini qəbul edərək İmamı (ə) Bağdada sürgün etdirir.

 

Bütün bu həbs və təzyiqlərə baxmayaraq İmam Kazım (ə) öz dostları ilə əlaqə saxlayır, möninlərin Allahın kitabı ilə və Peyğəmbər (s) sünnəsi ilə bağlı bütün sualları cavablandırırdı. Allah dinini hər növ daxili və xarici müdaxilədən, xüsusən də qərb və ateis düşüncələrin hücumundan qoruyurdu.

 

Bütün bu kimi fəaliyyətlər daim zalim və qəsbkar xəlifələri, onların havadarlarını narahat edirdi. Bu səbəbdən onlar daim imamı (ə) gözdən salmağa, onun etibarını zədələmək üçün müxtəlif hiylələrə əl atırdılar. Bütün hiylələrinə baxmayaraq ilahi elm sahibi olan O böyuk zatın qarşısında daim məğlub olur, çıxış yolunu İmamın (ə) qətlində görürdülər.

 

 

Hicrətin 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmamı (ə) zəhərləyib şəhadətə yetirir.

 

 

Hazırda İmamın (ə) mübarək mazarı İraqın Bağdad şəhərinin 10 kilometrliyində Kazimeyn məntəqəsində yerləşir.

 

Yaşar Nuriyev

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system