HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 328
Bu gün İmam Hüseyn(ə) məktəbinin qəhrəman məzunu şəhid Emin Bağırovun ad günüdür

Bu gün İmam Hüseyn(ə) məktəbinin qəhrəman məzunu şəhid Emin Bağırovun ad günüdür

Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin üzvü Emin Bağırovun doğum günüdür.

İslamınSəsi xəbər verir ki, E.Bağırov yaşasaydı, 21 yaşını qeyd edəcəkdi.

Qeyd edək ki,Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib. 



XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.



Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Azvision.az şəhidin ad günü ilə bağlı video hazırlayıb


Allah rəhmət eləsin!

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system