NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün İmam Hüseyn (ə) -ın mövludu günüdür - 3 şaban

Oxundu: 731
Bu gün İmam Hüseyn (ə) -ın mövludu günüdür - 3 şaban

İmam Hüseyn (ə) öz Kərbala qiyamı ılə tarixdə iz qoymuş, min illər təhlil ediləcək bir məktəbi irs buraxmışdır.

 

Bu gün müsəlmanların üçüncü imamı Məhəmməd peyğəmbərin (s) ikinci nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, imam Hüseyn ibni Əlinin (ə) mövlud günüdür.

 

İslaminSesi.info xəbər verir ki, İmam Hüseyn hicri-qəməri tarixinin 4-cü ilində şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib

 

İmam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə döyüşlərdə atasını müdafiə etmişdi. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmişdi.

 

İmam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra  imam Әlinin 46 yaşında olan ikinci oğlu imam Hüseyn  xəlifəlik və imamət məqamına yetişdi.

 

Bu zaman islam dünyasında böyük bidətlərin və şah sülaləsinin Müaviyə tərəfindən əsasının qoyulması, imamı bu siyasətə qarşı qalxmağa vadar edirdi. Bu zaman islam dini artıq sırf məscidlərdə və mədrəsələrdə riayət olunurdu. Bəni-Üməyyə şahları və hakimləri isə dindən öz siyasətləri üçün alət kimi istifadə edirdilər. Məhz belə bir zamanda islam ağacı müqəddəs bir insanın qanı ilə suvarılmalı və o ağacın gələcəkdə səmərəliliyini bu yolla təmin etməli idi . Bu səbəbdən idi ki Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə Yezid qoşunu tərəfindən şəhid edildilər.

 

Hicrətin 61-ci ilində baş verən Kərbəla hadisəsindən sonra məhz bu faciəyə münasibətlə, İmam Hüseynə dost və düşmənçilik meyarı ilə yaxşını pisdən, xeyiri şərdən ayırmağa başladılar. Peyğəmbər (s) buyurub:

 

«Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir”

 

Bu minvalla Əli (ə) və onun övladları İslamda möminlə münafiqin tanınma meyarına çevrilir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system