NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün İmam Həsənin (ə) mövlud günüdür

Oxundu: 238
Bu gün İmam Həsənin (ə) mövlud günüdür

Hicri-qəməri təqvimi ilə bu gün mübarək ramazan ayının 15-i, həm də müsəlmanların ikinci imamı, imam Həsən ibni Əlinin mövlud günüdür.

 

İslaminSesi.info xəbər verir ki, İmam Həsən hicrətin 3-cü ilində Mədinədə dünyaya göz açıb və hicrətin 50-ci ilində səfər ayının 27-də şəhid edilib.

 

İmamın künyəsi Əbu-Məhəmməd, ləqəbləri isə bunlar idi: Seyid Şəbab əhlil-cənnə, əz-Zəkiyy, Seyyid, əs-Sibt.

 

İmam Həsən simadan peyğəmbərə çox bənzəyirdi. O dərəcə də ki, bir gün Əbu-Bəkr bin Quhafə onu görəndə təəccübləndi onu qucağına götürüb, dedi: “Sən Əli deyil, peyğəmbərə oxşayırsan” (Sunən Tirmizi, cild-5, səh-59)

 

İmam Həsənin adının qoyulması haqqında Şeyx Səduq belə rəvayət etmişdir: Həsən ibni Əli dünyaya gələndə, Allah Cəbrailə Məhəmmədin (s) bir övladı (nəvəsi) oldu. Onun yanına get və salamlarımı və təbriklərimi təqdim edərək belə de: Şübhəsiz, Əlinin (ə.s) Sənə olan mövqe və mənzili, Harunun Musaya olan mənzil və mövqeyi kimidir; Elə isə ona (İmam Həsən) Harunun uşağına qoyduğu adı qoy. Cəbrail Allah tərəfindən Həzrət Peyğəmbərin (s) yanına gələrək təbriklərini çatdırdıqdan sonra belə dedi: Allah, onun adını Harunun uşağının adını qoymaqla vəzifələndirdi. Həzrət Peyğəmbər (s): Harunun uşağının adı nədir? Deyə soruşdu. Ərz etdi ki: Şubbər. Buyurdu ki: Mənim dilim Ərəbcədir. Ərz etdi ki: Onun adını "Həsən" qoy. Beləliklə, Həzrət Peyğəmbər (s.ə.ə) onun adını Həsən qoydu. (Əmali Şeyx Səduq, səh-134)

 

İmam Həsən şəhid edildikdən sonra Bəqi qəbirsanlığında dəfn edildi. İmam Hüseyn qardaşı İmam Həsəni Peyğəmbərin məzarının yanında dəfn etmək istəsə də Ayişə bint Əbu-bəkr buna mane oldu.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system