NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür – Həyatına qısa baxış

Oxundu: 153
Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür – Həyatına qısa baxış

Tarixi mənbələrə əsasə rəbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) şəhadət günüdür.

İslaminSesi - Tarixi mənbələrə əsasə rəbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) şəhadət günüdür. İmam Həsən Əskəri (ə) 12 imamiyə əqidəsinə etiqadı olanların 11-ci imamıdır.

 

Adı Həsən ibn Əli ibn Muhəmməd (ə), məşhur ləqəbi isə Həsən Əskəridir. Mötəbər mənbələrə əsasən İmam (ə) rəbius-sani ayında Mədinə şəhərində dünyaya göz açıb.

 

İmam Həsən Əskəri (ə) hələ kiçik yaşlarında olarkər atası İmam Hadi (ə) ilə birlikdə Abbasilər tərəfindən məcbur şəkildə İraqa gətizdirilmiş və ömrünün sonunadək məcburi şəkildə Samirra şəhərində əskər nəzarətində saxlanılmışdır.

 

 Mötəbər mənbələrə əsasən İmam (ə) xəlifə Mötəmidin dövründə zəhərlənərək bərk xəstələnir.  İmam (ə)  zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın adamlarını  onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir. Beləliklə xəlifə hadisələrin gedişatına özü birbaşa ciddi surətdə naəzarət edir.

 

 Şeyx Mufidin və İbn Şəhr Aşubin yazdıqlarına əsasən İmam Həsən Əskəri hicri 260-cı il rəbiul əvvəl ayının əvvəlində 28 yaşında xəstələnir və şəhadətə qovuşur. İmamın (ə) mübarək bədəni  Samirrada atasının dəfn olnunduğu evdə dəfn olunur.

 

 İmam Həsən Əskər (ə) 28 il ömür sürmüş və 6 il imamət dövrü olmuşdur. İmam (ə) bu qısa həyatı dövründə daim təqib olunurdu. Xilafət və onun əlaltıları Əhli-Beyt (ə) və ərdıcılları ilə düşməncəsinə davranırdı.

 

 Əhli-Beyt (ə) imamları ilə düşmənçilik nəinki onların (ə) vaxtında indidə mövcuddur. İndinin özündə də Əməvi və Abbasi düşmənçiliyi davam edir. İndinin özündə də bir çox yalançı din alimləri öz şəxsi mənafelərini güdərək İmamlar (ə) haqqında nahaq sözlər danışır, hətta onların (ə) məzarlarının dağıdılması fətvasını verirlər. Hansı yolla olur olsun, hətta məzarı dağıtmaq yolu ilə olsa belə İmamları və onların (ə) təlimlərini silib aradan aparmaq istəyirlər. Son 15 il ərzində İmam Həsən Əskərinin (ə) pak hərəminin atəşə tutulub, günbəzinin dağıdılması bunun bir nümunəsidir.

 

 İmamət elə bir dəyərli nemətdir ki, Mütəal Allah onun vasitəsi ilə insanları zülmətdən, cəhalətdən nura çıxarır. İmamət də peyğəmbərlik kimi Allahın təyin etməsi və seçimi ilə olur. Peyğəmbər vəhy gətirən, imam isə bu vəhy işığında dinin öndəri və qoruyucusudur. Öz elimi Allahdan alan imam, din və şəriəti təhrifdən qoruyur, vəhy xəbərlərini zaman-zaman insanlar üçün təfsir edir. Bununla da yer üzündə ən xalis, ən düzgün xətti qoruyub saxlayır. Çünki bu inkar olunmaz bir həqiqətdir ki, dinin sabit olması üçün dinində sabit olan din əhli lazımdır...

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system