Bu gün İmam Həsən Əskəri (ə)-ın mövludu günüdür

Oxundu: 442
Bu gün İmam Həsən Əskəri (ə)-ın mövludu günüdür

İmam Həsən Əskəri (ə) 11- ci İmamdır.

İmam Həsən Əskəri (ə) 11- ci İmamdır, İmam Hüseynin (ə) övladlarından olub nəsəbi Hz. Əliyə və Xanım Zəhraya (ə) yetişir. Atası İmam Əliyən Nəqi (Hadi) ə, anası Hudeysə, yaxud Susən kimi qeyd olunur.

 

İmam Həsən Əskəri (ə) hicrətin 232-ci ili rəbius-sanı ayının 8-də Mədinədə dünyaya gəlib. Sonra Atası İmam Hadi (ə) ilə birgə məcburi şəkildə Samirraya gətirilir.

 

Mənbələrdə o Həzrətin (ə) aşkar şəkildə ailə qurmadığına işarə edilir. Yalnız sonradan Nərcis adlı bir kəniz xanımla gizli şəkildə evlənir və yeganə övladları Həzrəti İmam Zaman (ə.f) olur.

 

İmam Əskərinin (ə) əsl adı Həsən ibn Əlidir (ə). Əskəri adlanmasının səbəbi demək olar ki, qısa 28 illik ömrü əskər nəzarətində keçib. Abbasi xəlifələri sonuncu imamın Həsən Əskərinin (ə) oğlu olacaqlarını bilirdilər. Doğulacaq uşağı ələ keçirmək üçün İmamı (ə) hər vəchlə gözdən qoymurdular.

 

İmam Həsən Əskər (ə) 28 il ömür sürmüş və 6 il imamət dövrü olmuşdur. Yaşadığı çətin şərait İmamın (ə) xəstələnməsinə və 28 yaşında şəhadətə qovuşmağına səbəb olmuşdur. İmamın mübarək məzarı İraqın Samirra şəhərində atası İmam Hadi (ə) ilə yanaşıdır.

 

Əhli-Beyt (ə) imamları ilə düşmənçilik nəinki onların (ə) vaxtında indidə mövcuddur. İndinin özündə də Əməvi və Abbasi düşmənçiliyi davam edir. İndinin özündə də bir çox yalançı din alimləri öz şəxsi mənafelərini güdərək İmamlar (ə) haqqında nahaq sözlər danışır, hətta onların (ə) məzarlarının dağıdılması fətvasını verirlər. Hansı yolla olur olsun, hətta məzarı dağıtmaq yolu ilə olsa belə İmamları və onların (ə) təlimlərini silib aradan aparmaq istəyirlər. Son 15 il ərzində İmam Həsən Əskərinin (ə) pak hərəminin atəşə tutulub, günbəzinin dağıdılması bunun bir nümunəsidir.

 

Lakin düşmənlər istəsədə, istəməsədə Allah öz nurunu yer üzündə yayacaq:

“Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlayar. (Tövbə-32)

 

İslaminSesi.info

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system