NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün imam Hadi (ə)-ın mövlud günüdür - 15 Zilhiccə

Oxundu: 167
Bu gün imam Hadi (ə)-ın mövlud günüdür - 15 Zilhiccə

Zilhiccənin 15-i onuncu imamın (ə) mübarək doğum günüdür.

 

İslaminSesi.info - Zilhiccə ayı öz həcc mərasimi, o cümlədən qurban bayramı ilə yaddaşlarda iz buraxıb. Bu ayda həmçinin başqa əlamətdar günlər də vardır ki, bu günlər də bayram günlərinə bərabər olan günlərdir. Bu ayın əlamətdar günlərindən biri də zilhiccənin 15-i onuncu imam İmam Əliyən Nəqinin (ə) doğum günüdür. 

Əli ibn Muhəmməd Ən Nəqi (ə) atası imam Cavaddan (ə) sonra şiələrin 10-cu imamıdır. İmam (ə) 212-ci hicri ilində Mədinə yaxınlığında Sarya adlı bir məntəqədə dünyaya gəlib. Təxminən 8 yaşlarında atasının (ə) şəhadətindən sonra imamətə yetişib və 34 yaşına qədər ümmətə imamlıq edib.

İmam Hadinin (ə) yaşadığı və imamət dövrü Abbasilərin xaxtına təsadüf edir. Həm də demək olar ki, xilafətin ən gərgin vaxtına . İmamın (ə) 34-illik ömründə 6 xəlifə dəyişilib-Mötəsim, Vasiq, Mütəvəkkil, Muntəsir, Mustəni və Mötəz. Qisa bir ömürdə bu qədər xəlifə ilə üzləşmək İmamnın (ə) həyatının nə qədər çətin olmasından və o dövrün necə siyasi vəziyyətinin necə qarışıq olmasından xəbər verir. Bunlar İmamla (ə) düşmən mövqedə olublar. Xüsusən də əxbari olan (əhli hədis) Mütəvəkkil şiələrlə və mötəzilələrlə qatı düşmənçilik edirdi. Hətta elmi müzakirə məclisləri qurur, İmamı (ə) məğlub etdirməyə çalışırdı.

İmamın (ə) Mədinədən Samirraya gəlməsi də Mütəvəkkilin vasitəsi ilə olub. O İmamı (ə) şiələrdən uzaq salmaq üçün və İmama (ə) tam nəzarət edə bilmək üçün h.q 233-cü ildə məcburi şəkildə Samirraya gətizdirdi. Şeyx Mufid yazır ki, İmam (ə) Samirraya daxil olduğu ilk gün onun üçün ayrılmış evə buraxılmadı, tam bir gün yolda gözlədiləndən sonra o Həzrəti (ə) nəzərdə tutulmuş evə göndərdilər və qeyd edirlər ki, Mütəvəkkil bunu qəsdən etmişdi.

İmamla (ə) son həmzaman xəlifə Mötəz olub və mənbələrə əsasən o Həzrət Mötəz tərəfindən zahərlənərək şəhid edilib və mübarək bədəni Samirrada öz yaşadığı evdə torpağa verilib.

Təkfirçi vəhhabilərib dağıtmaq səylərinə baxmayaraq hazırda imam Hədi (ə) və oğlu imam Həsən Əskərinin (ə)  pak məzarları İraqın Samirra şəhərində mövcuddur və onları sevənlərin üzünə açıqdır. Böyük islam alimlərinin və imam sevərlərin şəyləri nəticəsində ziyarətgah qorunur və müsəlmanlar o pak hərəmdən maddi və mənəvi bəhrə aparırlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system