NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 512
Bu gün İmam Baqirin (ə) şəhadət günüdür – Zilhiccə 7

Bu gün İmam Baqirin (ə) şəhadət günüdür – Zilhiccə 7

Bu gün hicri təqvimi ilə zilhiccənin 7-si İmam Baqirin (ə) şəhadət günüdür

İslaminSesi.info – İmam Muhəmməd Baqir (ə) 12 imamiyyə etiqadında olanların 5-ci imamıdır. İmam Zeynul-Abidinin (ə) oğlu, İmam Hüseynin (ə) nəvəsidir. Həmçinin anası da İmam Həsənin (ə) qızı Fatimədir.

 

İmam Baqir (ə) hicri 57-ci ildə Mədinə şəhərində dünyaya gəlib. Tarixi mənbələrə əsasən Kərbəla vaqiəsində İmam Baqirin (ə) 4-5 yaşları olub.

 

İmamın (ə) bütün ömrü Əməvilərin hakimiyyəti dövrünə təsadüf edir. Kərbəla vaqiəsindən sonra Əməvi sütunları silkələndi. İslam coğrafiyasını etirazlar bürüdü. Bu və digər səbəblərdən bir neçə il ərzində çoxlu xəlifə dəyişilməli oldu.

 

Hicrətin 95-ci ilində İmam Səccadın (ə) şəhadətindən sonra hicri 114-cü ilə qədər imamət edən İmam Baqir (ə) bu 20 il ərzində 5 Əməvi xəlifəsi ilə həmzaman olub:

 

Vəlid ibn Əbdul-Məlik
Süleyman ibn Əbdul-Məlik
Ömər ibn Əbdul-Əziz
Yəzid ibn Əbdul-Məlik
Hişam ibn Əbdul-Məlik

 

Bir çox mənbələr İmamın şəhadətinin səbəbini hicri 114-cü ildə Əməvi sülaləsinə mənsub Hişam ibn Əbdül Məlikin zəhərləməsində bilirlər. İmamın (ə) atının yəhərinə zəhər sürtüblər, bununla da o Həzrəti (ə) zəhərləyiblər.

 

İmamın (ə) Məzarı Bəqi qəbristanlığında atası (ə) və babası İmam Həsənin (ə) yanındadır.


İmam Baqirin (ə) imamətinə dəlalət edən hədislərdən biri də Həzrət peyğəmbərin (ə) Cabir ibn Abdullaha 5-ci imam barədə xəbər verməsidir. Cabir peyğəmbərdən (s) imamət barəsində soruşduqda peyğəmbər (s) İmam Əli, İmam Həsən, İmam Hüseyn və İmamZeynul-Abidinin (ə) adlarını qeyd etdikdən sonra İmam Baqirin (ə) adını çəkir və deyir: Sən onu (ə) görəcəksən.

 

İmam Baqir (ə) ömrünün son anlarında bəşər var olduqca bəhrələnə biləcək dəyərli kəlamlar söyləyib. Kuleyni İmam Sadiqdən (ə) belə rəvayət edir: Atam dünyasını dəyişəndə məndən 4 şahid çağırmağımı istədi. Mən də çağırdım. Buyurdu: “Yazın ! Necəki Yaqub (ə) öz övladlarına vəsiyyətə buyurmuşdu ki, bu din Allahın sizin üçün seçdiyi dindir. Allahın dininə təslim olmadan ölməyin”.

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system