NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün hüzünlü Tasuadır – Tasua nədir?

Oxundu: 883
Bu gün hüzünlü Tasuadır – Tasua nədir?

Tasua məhərrəm ayının 9-cu günüdür.

İslaminSesi.info - Məhərrəm ayının 9-cu günü Tasua kimi xatırlanır. Tasua bir növ doqquzuncu deməkdir, yəni 9-cu gün nəzərdə tutulur. Çünki sözün kökü 9 mənasını bildirir, necəki aşura sözü onluqla əlaqəlidir. 


İmam Sadiq (ə) Tasua haqqında belə buyurub: “Tasua elə bir gündür ki, həmin gün İmam Hüseyn (ə) və dostları cəm olmuş Şam qoşunu tərəfindən mühasirəyə alındılar. İbn Ziyad və Ömər Səd Şam qoşunun gəlişi ilə xoşhal oldular. Həmən gün Hüseyni (ə) zəif gördülər və qəti bildilər ki, daha onlara kömək gəlməyəcək. Artıq iraqlılar onu (ə) dəstəkləməyəcək”.

Həmçinin Tasua gününün ən həyəcanlı hadisələrindən Şimr İbn Zil-Cövşən məlunun 4000-lik süvari ilə Kəbəlaya daxil olmasıdır. O İbn Ziyadın məktubu ilə gəlir. İbn Ziyad Ömər Sədə yazır ki, Hüseyni (ə) beyətə məcbur et, ya da ona qarşı savaşa başla, əks təqdirdə qoşuna rəhbərliyi Şimrə dövr edəcəksən. Ömər Səd döyüşü qəbul edib Şimri piyada qoşunun rəhbəri təyin edir.

Beləcə Tasua günü orduların döyüşə tam hazır olan günüdür. Həmçinin bu gün Həzrəti Abbasa və digər Ummul-Bəni övladlarına amannamə gəlir. Lakin onlar bunu qəbul etmirlər. 

Bu gecə həm də İmamın (ə) öz əshabından beyətini geri götürdüyü gecədir. İmam (ə) gecə yaxınlarını, dostlarını xeyməyə yığıb onların öz əhdlərinə sadiq olduqlarını və öz beyətinin onlardan geri götürdüyünü və hər kəs azaddır, kim istəsə gedə biləcəyini bildirir. İmam Səccad (ə) bu barədə belə buyurur:

“Atam İmam Hüseyn (ə), Aşura gecəsi öz əshabını yanına çağırdı. Onun sözlərini eşitmək üçün mən də xəstə olduğum halda onun yanına getdim . Atam, əsahaba və öz köməkçilərinə buyurdu:  “Ən gözəl sitayişlərlə Allah sitayiş edir, xoşluq və rahatsızlıqda Ona təşəkkür edirəm. İlahi, Sənə şükür edirəm ki, bizi peyğəmbərliklə (s) əziz etdin, Quran elmi, dinin fiqh elmini bizə karamət buyurdun. Bizə, eşidən qulaq,  görən göz və ayıq ürək əta etdin.

Bizi şükür edənər sırasıda qərar ver!

Həqiqətən də mənim yoldaş və əshabından daha yaxısı və daha vəfalısı yoxdur. Öz Əhli-beytimdən (ə) daha itaətçi, daha sileyi-rəhmə bağlı qalanı tanımıram.

Mənə kömək etdiyinizə görə Allah sizə yaxşı mükafat versin. Bilirəm ki, sabah bunlarla döyüşəcəyik. Mən, sizinlə olan beyətimi aradan qaldırıram. Yola düşüb getməniz və təhlükə məkanından uzaqlaşmanız üçün gecənin qaranlığından örtük kimi istifadə etmənizə icazə verirəm. Sizlərdən hər biriniz Əhli-beytimin (ə) bir nəfərin əlini tutub kənd və şəhərələ dağılın ki, Allah, (sizi bəladan xilas etməklə) öz fərəcini sizin üçün qərar versin.  Bu cammatın işi, mənimlədir. Mənə əlləri çatsa, sizinlə işləri yoxdur.”

İmamın buyurduqlarından sonra Əhli-beyt (ə) və o həzrətin əshabı, bir-birinin arxasınca qalxıb şəhadətədək öz fədakrlıq və imam Hüseynə (ə) vəfalı olacaqlarını ciddi olaraq bildirdi. (Kəmali-ibn Əsir, c. 4. Səh. 57, Əl-irşad, c.1, səh. 91).



Bu gün Aşuradan bir gün qabaq Tasua günüdür. Bu gün Aşura qədər ağır gündür. Aşuranın zəminəsinin hazırlanan günüdür.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system