Bu gün Həzrət Zəhranın (s.ə) şəhadəti günüdür

Oxundu: 284
Bu gün Həzrət Zəhranın (s.ə) şəhadəti günüdür

Digər bir qəvayətə görə bu gün, cəmadiu-saninin 3-ü Fatimətuz-Zəhranın (s.ə) şəhadəti günüdür.

 

Xanım Fatimə (s.ə) bütün müsəlman ümmətinin baş tacı, göz nurudur. Hər kəs o Xanımı (s.ə) böyük ehtiramla yad edir. Həmçinin Xanım (s.ə) Allah Rəsulundan (s) sonra sağ qalmış yeganə övladıdır. Bütün 11 imam (ə) və imamzadələr o Xanımın (s.ə) soyundandır.

 

Xanımın (s.ə) vəfat günü ilə bağlı əsas iki tarixi gün qeyd edilir. Bir mənbədə Xanımın (s.ə) şəhadəti Allah Rəsulunun (s) vəfatından 75 gün sonra, digər bir mənbədə isə 95 gün qeyd olunur. Belə olduqda Xanımın (s.ə) şəhadəti ya cəmadul-əvvəlin 13-nə və ya cəmadius-saninin 3-nə təsadüf edir.

 

Xanım (s.ə), peyğəmbərin (s) vəfatından qısa bir vaxt sonra dünyasını dəyişir. Tarixi mənbələrdə peyğəmbər övladının incidildiyi, əziyyət edildiyi və bu səbəbdən erkən dünyasını dəyişdiyi bildirilir.

 

Allah rəsulu (s) həzrət Fatimənin (s.ə) fəzilət və mənəvi məqamına işarə edərək buyurub: «Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib» (Səhih Buxari və Səhih Muslim)

 

 

Xanımın (s.ə) məzar yeri məlum deyil. O dövürdə məlum çəkişmələr və siyasi böhranlar səbəbi ilə İmam Əli (ə), övladları (ə) və yaxın dostları Xanımı (s.ə) gecə gizli şəkildə dəfn edirlər. Bu səbəbdən Xanım Zəhranın (s.ə) məzar yeri və vəfat tarixi dəqiq məlum deyil.

 

 

Bu səbəbdən müsəlmanlar bu iki gün arasında olan 20  günü “Əyyami Fatimə” günləri kimi qeyd edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system