NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün Həzrət Məsumənin (s.ə) mövlud günüdür

Oxundu: 136
Bu gün Həzrət Məsumənin (s.ə) mövlud günüdür

Bu gün İmam Rzanın (ə) Qum şəhərində dəfn edilmiş bacısı həzrət Fatimeyi Məsumə(s.ə)-nın doğum günüdür

 

"İslaminSesi" - Bu gün hicri təqvimi ilə zil-qədə ayının biri Əhli-Beytin kəramətli xanımı Həzrət Məsumənin doğum günüdür. Bu kəramətli Xanım, Həzrət İmam Kazımın qızı, İmam Rzanın (ə) əziz bacısıdır. Bəzi mənbələrdə İmam Rzanın (ə) iki bacısı qeyd olunur. Lakin ibn Cuzi “Təzkirətul-Xəvass” (s-315) kitabında İmam Rzanın (ə) dörd doğma bacısının olduğunu qeyd edir. Xanım Məsumə (ə) də bu bacılardan biridir.

 

Tarixi mənbələr Xanımın (ə) doğum tarixini q.173 il zil-qədə ayında Mədinə şəhərində olduğunu yazır. Həzrət Məsumə 28 il ömür sürmüş, ailəli olmamış, gənc yaşında dünyadan köçmüşdür. O Kərimə Xanımın məzarı hazırda Qum şəhərindədir.

 

Xanımın (ə) Mədinədən İrana gəlmə səbəbini İmam Rzanın (ə) Mərvə gəlişi ilə əlaqələndirirlər. Beləki Abbasl xələfəsi Məmun 200-ci ildə İmamı (ə) Mədinədən Mərvə gətizdirir. İmamın (ə) Mərv şəhərinə gətirilməsi İmamiyyə etiqadında olanların da Mərvə və ya yaxın bölgələrə gəlməsinə səbəb oldu. Məsumə Xanım da qardaşını (ə) ziyarət üçün yola çıxır və Mərvə doğru hərəkət edir.

 

Xanım (ə) yolda bərk xəstələnir. Həzrətin (ə) xəstəlik səbəbəni yolda üzləşdikləri ağır döyüş səhnəsi olur. Beləki karvan Qum şəhəri yaxınlığında Əhli-Beyt düşmənləri tərəfindən basqına məruz qalır və demək olar ki, kişilər öldürülür. Xanımın (ə) qardaşları və qardaş balaları şəhid edilir. Bu sarsıntıdan xəstələnən xanım Məsumə (ə) yaxınlarından onu Qum şəhərinə aparmalarını istəyir.

 

Şəhərində Xanımı (ə) İmam Rzanın (ə) yaxın səhabəsi, alim, mühəddis Musa ibn Xəzrəc Əşəri qarşılayır. Evinə aparıb, Xanımın xidmətində durur.Lakin Xanım Məsumə (ə) bu hadisədən sonra cəmi 17 gün yaşayır. Dünyasını dəyişir və həmin şəhərdə dəfn olunur.

 

Xanım Məsumə şox nəcabətli, fəzilətli, elm əhlindən bir xanım olub. Həm İmamın (ə), həmdə a olanların Xanımın bu ellərə gəlməsi, buralara imamət nurunun, imamət elminin gəlməsi deməkdir. Bu iki şəxsiyyətin gəlişi elm və bərəkətin gəlməsi ilə bərabər imamiyyə etiqadında olanların da onların (ə) ətrafına yığılmasına səbəb oldu. Beləcə hər iki şəhər: Məşhəd və Qum şəhərləri böyük elm və mədəniyyət mərkəzlərinə çevrildi.

 

Hər milyonlarla insan Əhli-Beytin bu iki böyük şəxsiyyətini ziyarət eidr. İmam Rza (ə) Qumda Xanımı (ə) ziyarət etməyin savabına toxunaraq buyurub:
“Kim Qumda Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir” .


(Məclisi. Zadul-məad. 547)

 

Həmçinin Əllamə Məclisi yazır:

“İmam Rza (ə) Səd ibn əl-Əşəriyə deyir: Ey Səd! Bizdən bir nəfərin məzarı sizin yanınızdadır. Bilirsənmi? Səd deyir: Bəli bilirəm, ey İmam! Siz Fatimə binti Musa ibni Cəfərin qəbrini deyirsiniz? İmam buyurdu: Bəli, Ey Səd onun məqamını tanıyaraq ziyarət edən kəs cənnət əhlindən olar." (Biharul-Əhvar .Cild-102)

 

Şeyx Abbas Qumi bu mətləbə toxunaraq qeyd edir: Xanım Məsumənin (ə) ziyarəti barədə diqqət çəkən məqam budur ki, təkcə İmam Rza (ə) deyil, həmçinin İmam Cavad (ə) və İmam Sadiq (ə) də bu ziyarətin fəzilətinə işarə edib.

 

İmam Sadiq (ə) buyurub:


“Kim Xanımı agahlıqla, mənzilət və məqamına diqətlə ziyarət etsə cənnətə daxil olar”


(Bihar. c-48.s-307)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system