NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün həzrət Abbasın (ə) mövlud günüdür

Oxundu: 337
Bu gün həzrət Abbasın (ə) mövlud günüdür

Bu gün Kərbəlanın əsas 3 qəhrəmanından biri, Kərbəla bayraqdarı həzrət Əbul-Fəzl Abbasın doğum günüdür

 

İslaminSesi xəbər verir ki bu gün hicri-qəməri tarixi ilə şaban ayının 4-ü İmam Əlinin (ə) şücaətli oğlu Kərbəla gününün əsas qəhrəmanlarından biri həzrət Əbul-Fəzl Abbasın doğum günüdür. Tarixi faktlara əsasən o həzrət hicri ilinin 26-cı ilində dünyaya göz açıb.

 

Tarixi rəvayətlərə görə Xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ummülbənini həzrət Əliyə (ə) tövsiyə edir.

 

Əbul-Fəzl, İmam Əlinin oğlu həzrət Abbasın künyəsidir. O həzrətin ləqəbləri isə Qəməri Bəni-Haşim (Bəni-haşim qəbiləsinin parlaq ayı), Babul-Həvaic (Hacətlər qapısı) , Qazi (Döyüşçü) , Quvvətul-Huseyn və sair ləqəbləri vardır.

 

Həzrət Əbul-Fəzl Abbas atasının xəlifəlik zamanında Suffeyn və Nəhrəvan döyüşlərində də fəal iştirak edib. İmam Həsən və İmam Hüseynin (ə) imamət övründə hər iki qardaşının yanında olmuş, bütün mücadilələrdə fəal iştirak etmişdir.

 

Tarixi faktlara əsasən həzrət Əbul-Fəzl Abbas Kərbəla faciəsində şəhid olarkən onun 15 yaşlı oğlu Məhəmməd və 3 qardaşı Cəfər, Abdullah və Osman da onunla birgə şəhid oldular.

 

İmam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır."

 

O həzrətin məzarı Kərbəlada İmam Hüseynin (ə) məzarı ilə üzbəüz yerləşir. Bu müqəddəs məkanı hər gün minlərlə insan ziyarət edir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system