NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün Ərbəin günüdür – Dünya bu qədər insanı bir arada görməyib /Foto-Video/

Oxundu: 678
Bu gün Ərbəin günüdür – Dünya bu qədər insanı bir arada görməyib /Foto-Video/

Bu gün səfər ayını 20-si, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günüdür.

“İslaminSesi” – Bu gün Ərbəin günüdür. Ərbəin 40-cı mənasındadır. Yəni İmam Hüseynin (ə) şəhadətinin 40-günüdür. Aşuradan 40 gün ötür.

Hər il olduğu kimi bu il də Kərbəlada milyonlarla insan var.

Şərqdən, qərbdən, dünyanın müxtəlif ölkələrindən insanlar, peyğəmbər övladının, qəhrəmanlıq və azadlıq simvolunun matəmində iştirak etmək üçün Kərbəlaya gəlir.

Nəcəf-Kərəla arası 90 km-lik yolu piyada qət edən insanlar Kərbəlaya, İmamın (ə) pak hərəminə yetişib.

Hazırda Kərəlada böyük izdiham var.

İnsanlar dəstə-dəstə “Ləbekə Ya Hüseyn” şüarı ilə (yəni biz sənə tabeyik ya Hüseyn)  İmamın (ə) məzarı önündən keçir, sanki İmama olan tabeçilik əhdini bir daha təzələyirlər.

Bütün dünyanın diqqəti Kərbəladadır.

Dünya heç vaxt belə izdiham görməyib, bu qədər insanı bir arada görməyib.

“Alaləmin” və “alkawthartv”-nin verdiyi məlumata əsasən hazırda Kərbəlada 15 milyondan artıq zəvvar var.

Müxtəlif mənsubiyyətə məxsus olan bu milyonların bir amalı var, Haqq və Ədalət!

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system