Bu gün Əli Əkbərin (ə) mövludu günüdür - VİDEO
Oxundu: 1030
08:51, 17.04.2019
Bu gün hicri təqvimi ilə şəban ayının 11-i Əli Əkbərin mövlud günüdür.
Hıcrətin altımış birinci ili, Aşura günü Bəni haşimdən meydana çıxıb, birinci şəhid olan Həzrəti Əli Əkbərdir(ə).
İslaminSesi.info – Həzrətin adı Əli, atası İmam Huseyn (ə), babası Həzrəti Əlidir (ə). Anası Leyla adında nəcib xanımdır. İmam Hüseynin (ə) böyük oğludur. Künyəsi Əbəl-Həsən, ləqəbi Əli Əkbərdir. Bəni-Haşimdə Həzrət Peyğəmbərə (s) ən çox oxşayan Əli Əkbərdir (ə).
Həzrəti Əli Əkbər (ə) imanında, atsına bağlılığda, xüsusən də dövrünün imamına bağlılığda bir nümunə olmağla bərabər həm də şücaət və qəhrəmanlıq rəməzi idi. O (ə) öz imamından izin istəyib bir neçə dəfə döyüş meydanına girir. Bəzi səhih isnadlara görə o həzrətin Kərbəlada iyirmi 25 yaşı olub və Kərbəla faciəsində Bəni-Haşimdən birinci şəhid olan kəsdir.
Hədislərdə qeyd olunur ki, Həzrəti İmam Hüseyn (ə) yolda bir dayanacaqda dayanıb karvanına su götürüb hərəkət etmək əmri verdi. İmam (ə) atına minib yola düşəndə Allaha həmd səna edib, “Allahdanığ və ona doğru qayıdacayıq” ayəsini oxudu.
Əli Əkbər (ə) soruşdu: Atacan niyə bu ayəni oxudun? İmam (ə) buyurdu: Yuxuda bir atlı gördüm ki deyir: bu gedən dəstənin ardınca ölüm gedir.
Sonra İmam (ə) Əkbərə (ə) dua edib dedi: “Allah, bir övladın atadan ala biləcəyi ən gözəl hədiyyəni və əcri sənə veribdir.” (Yəni Atan səndən razıdır)
Aşura faciəsinədə Əli Əkbər (ə) Atasından (ə) izin istəyir və Bəni-Haşimin birinci şəhidi olur. Ənəs deyil ki, gənc Əli Əkbər Kərbalada döyüş üçün izn istəyib meydana çıxanda İmam Hüseyn onun haqqında belə buyurdu:
“Allahım, Sən özün bu camaata şahid ol! Onların qarşısında duran bu şəxs, Allahın rəsuluna sima cəhətindən, əxlaq və mənəviyyat cəhətindən, danışıq və gözəl nitq baxımından ən çox bənzəyəndir! İlahi! Biz Allah Rəsulunu görmək istədikdə ona baxardıq!”
Beləcə həzrət Əli Əkbər də bütün Kərbəla şəhidləri kimi canı və qanı ilə Allah dinini və zəmanə imamini qoruyur, öz mübarək adını şəhidlik zirvəsinə əbədi olaraq həkk edir.
Hazirda o mübarək üzlü gəncin pak məzarı, Kərbəlada həzrət İmam Hüseynin müqəddəs hərəmində, atasının və kiçik qardaşı Həzrət Əli Əsğərin yanindadir.
Əli Əkbər (ə) şəhadətə yetişəndə İmam Hüseyn (ə) Onun (ə) başını dizlərinə qoyub dedi: Allah səni qətlə yetirən dəstəni öldürsün, onlar həddi aşdılar, Allah rəsulunun ehtiramını sındırdılar.
Həzrəti Peyğəmbər (s) və onun pak Əhli Beyti (ə) yer üzündə Allah dininin dayağı, bəşəriyyətə doğru yol göstərəndir. Onlar (ə) dərin idoloji məktəb, mənəvi rəhbərdirlər. Bu səbəbdən Allah Rəsuluna (s) və onun Əhli Beytinə (ə) ehtiram vacıbdir.
Yaşar Nuriyev
DİGƏR İSLAM XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
İmam Həsən Əskəri (ə)-dan 12 dəyərli nəsihət 09:09, 05.12.2019
-
Bu gün İmam Həsən Əskəri (ə)-ın mövludu günüdür 09:04, 05.12.2019
-
Çinin ən qədim Quran nüsxəsi sərgiyə çıxarılıb 16:29, 02.12.2019
-
Şeytan daim pusqudadır – Zikr möminin sərmayəsidir 10:25, 02.12.2019
-
Rəbius-sani ayı daxil oldu - Ayın əlamətdar günləri 10:12, 28.11.2019
-
İmam Həsən (ə)-ın sülhü – O Həzrət niyə Müaviyyə ilə sülhə getdi? (Video) 11:23, 23.11.2019
-
ŞƏRAB və onun haram olma səbəbləri (III) 19:53, 22.11.2019
-
ŞƏRAB və onun haram olma səbəbləri (II) 09:19, 21.11.2019
ŞƏRH YAZIN