NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 2458
Bu gün Bəqi qəbristanlığının vəhhabilər tərəfindən dağıdıldığı gündür – 8 şəvval

Bu gün Bəqi qəbristanlığının vəhhabilər tərəfindən dağıdıldığı gündür – 8 şəvval

Bəqidə çoxlu sayda səhabə və tabein məzarları vardır. O cümlədən bu qəbristanlığda 4 məsum İmamın (ə): İmam Həsən (ə), İmam Zeynul-Abidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqin (ə) pak və şərif məzarı vardır.

İslaminSesi.info – Bu gün qəməri təqvimi ilə 8 şəvval Bəqi qəbristanlığının Vəhabilər tərəfindən dağıdıldığı gündür!

 

Bəqi qəbristanlığı Səudiyyədə Müqəddəs Mədinə şəhərində yerləşir. Bu qəbristanlığ müsəlmanların ilk qəbristanlığıdır.

 

Bəqidə çoxlu sayda səhabə və tabein məzarları vardır. O cümlədən bu qəbristanlığda 4 məsum İmamın (ə): İmam Həsən (ə), İmam Zeynul-Abidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqin (ə) pak və şərif məzarı vardır.

 

Bəqi qəbristanlığının dağıdılması iki tarixdə baş verib. Birinci dəfə vahabizmin yarandığı və vüsət alıb genişləndiyi dövrə təsadüf edir. Beləki hicri təqvimi ilə 1220 ci ildə (1805) Səud ibn Əbdül-Əzizin Məkkəni mühasirəyə alıb işağal edir. O, bu vaxtı Peyğəmbər (s) hərəminin xəzinəsini ələ keçirir və bütün xəzinəni müsadirə edir. Bununla bərabər bidət və şirk kimi lazımsız bəhanələrlə bütün qəbirləri və tarixi dəyəri olan dini sərvətləri məhv edirlər.

 

Həmçinin vəhabilər bu hücumlar zamanı 4 məsum İmamın (ə) məzarı və Xanım Zəhranın (s.ə) “Beytul-əhzan” adı ilə məşhur olan və Xanımım atasından (s) sonra xəlvətə çəkilib ibadətlə məşğul olduğu və çəkilib günlərlə tənha qaladığı hüzün və kədər evini dağıdıb xarabaya çevirdilər. Halbuki bu evin şirklə heç bir əlaqəsi yoxdur. Ora illərdir tarixi bir ev kimi qorunurdu. Vəhabilər hər tərəfi dağıdıb xaraba qoydular. (Ecazul-asar. C-3.s-91)

 

Altı il sonra, 1811-ci ildə Osmanlı qoşunları müqəddəs məkanlara tərəf hərəkət edib təkfirçi düşüncəli işğalçıları oradan qovdular. Sultan II Mahmud tərəfində bəzi abidələr yenidən bərpa edilir.(Pəncah səfərnamə cid 3. Səh-196)

 

Vəhabilər ikinci dəfə isə hicri 1344 (1925)-ci ilə ikinci dəfə geniş şəkildə Mədinəyə hücum etdilər və şəhəri tam işğal etdilər. Onlar bu dəfə də böyük şəxsiyyətləri məzarlarına, o cümlədən tarixi əhəmiyyəti olan məkanlara hücum edib dağıdırdılar. Hətta Peyğəmbərin (s) məzarını dağıtmağa belə təşəbbüs etdilər. Lakin bütün müsəlman ölkələrinin əskin etirazından qorxub bundan vaz keçdilər.

 

Yenə bir il sonra (1926)-cı ildə Məkkə müftisi Şeyx Əbdul Buleyhid şəvval ayında Məkkədən Mədinəyə gələrək bir daha şirk və bidət adı ilə məzarların və tarix əhəmiyyətli əsərlərin dağıdılması fətfasını verir.

 

İslam alimləri bu bədbin hadisələrlə əlaqədar konfranslar təşkil edir və öz etiraz səslərini ucaldırdılar. Həmçinin nümayəndələrini göndərib bu kimi işlərin qarşısını almaq üçün var gücləri ilə çalışırdılar. O cümlədən Ayətullah Brucerdi və Ayətullah Kaşiful-ğita öz nümayəndələrini göndərib məzarların tam məhv edilməsinin qarşısını alırdılar.

 

Həmən vaxtdan şəvval ayının 8-i İslam tarixində işğal və Bəqinin dağıdılması günü kimi qeyd olunur.

 

(Yaşar Nuriyev)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system