NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün Azərbaycanda hava yağmursuz olacaq amma...

Oxundu: 284
Bu gün Azərbaycanda hava yağmursuz olacaq amma...

Bu gün ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi proqnozlaşdırılıb.

 

 

“İslaminSesi” - Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system