NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün Aşuradır! – Peyğəmbər övladlarının qanının axıdıldığı gün

Oxundu: 84
Bu gün Aşuradır! – Peyğəmbər övladlarının qanının axıdıldığı gün

Bu gün peyğəmbər (s) ailəsinə zülm edilib, mübarək qanlarının axıdıldığı gündür.

 

Bu gün hüzünlü Aşura günüdür. Aşura 10-cu gün mənasındadır. Belə ki, Həzrət İmam Hüseyn (ə) hicri təqvimi ilə 61-ci il, məhərrəm ayının 10 –da o zamanın xəlifəsi məlun Yezid ibn Muaviyyə tərəfindən Kərbəla adlı çöldə bütün balaları, qardaşı övladları, peyğəmbərin digər nəvələri və silahdaşları ilə birlikdə amansızcasına qətl edilib. İmamın şəhadətindən sonra isə qadın və uşaqlar əsir olaraq amansızlıq və zülümlə Kufəyə, oradan da Şam şəhərinə Yezidin sarayına aparılıb.

 

Rəcəb ayında Mədinədən, zilhiccə ayında Məkkədən yola düşən İmam Hüseyn (ə) məhərrəmin 2-də Kərbəlaya yetişir və Yezidin sərkərdəsi Hürr ibn Riyahi tərəfindən önü kəsilir və Kufəyə getməsinə mane olur.

 

Məhərrəmin 2-dən 9-na qədər Kərbəla çölündə təxminən 40-50 minə yaxın Yezid ordusu toplanır. İmamın (ə) kişilərdən ibarət dəstəsi isə heç 100 nəfər olmur.

 

Məhərrəm ayının 7-sində Kufə əmiri İbn Ziyadın (L) əmri ilə peyğəmbər ailəsinə (s) Fərat çayından su götürmək qadağası qoyular, bununlada İmamın (ə) karvanında ağır olan vəziyyət daha da ağırlaşır. Xüsuən də azyaşlılar susuzluqdan nalə çəkirdilər. Hətta Aşura günündə İmam (ə) ən kiçik övladı Əli Əsğəri (ə) yuxarı qaldırıb bu körpənin günahı nədir, ona su verin dedikdə belə körpəyə rəhm edilməyib oxla mübarək boğazından vurulub şəhid edilir.

 

Bu gün hüzünlü Aşuradır !

 

Bu gün peyğəmbər (s) ailəsinə zülm edilib, mübarək qanlarının axıdıldığı gündür.

Bu gün peyğəmbər (s) ailəsinə məxsus bütün kişilərin qətl edilib, qadınlarının amansızlıqla əsir edilib, qamçılarla döyüldüyü gündür!

Bu gün peygəmbərin (s) körpə balalarının susuzluqdan nalə çəkərək, atalarının qətl edilməsini seyr edən günüdür!

 

Yezidin İmam Hüseyindən (ə) istədiyi tək bir şey İmamın (ə) onu xəlifə (rəhbər) kimi tanıması, İmamın (ə) ona tabe olaraq itaət etməsi idi. Lakin İmam Hüseyn (ə) “Mənim kimilər Yezid kimilərə itaət etməz” deyib sona qədər mücadilə apardı və həqiqət yolunda mücadilə idoloji məktəbinin əsasını qoydu. İmama (ə) qədər haqq və ədalət yolunda mübarizə aparan olub, lakin tarix hələki İmam Hüseyn (ə) kimi birinə şahid olmayıb...

 

 /İslaminSesi/

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system