NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün 4-cü imamın mövlud günüdür – İmam Zeynul-Abidin (ə)

Oxundu: 187
Bu gün 4-cü imamın mövlud günüdür – İmam Zeynul-Abidin (ə)

İmam hicri-qəməri tarixinin 38-ci ilində dünyaya göz açıb, 95-ci ildə isə zalım Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid edilib.

 

İslaminSesi.info xəbər verir ki hicri-qəməri tarixi ilə bu gün şaban ayının 5-i müsəlmanların dördüncü imamı Əli ibni Hüseyn əl-Səccadın doğum günüdür.

 

Səccad və Zeynul-Abidin imamın əsas iki ləqəbləridir. Bu, imamın daha çox ibadət halında olması ilə əlaqəlidir.

 

İmam uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) İmamət dövrünü dərk etmişdir. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını  hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur.

 

Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olundu.

 

Hazırda bizim əlimizə çatan və imamın kəlamlarını və münacatlarını ehtiva edən əsas mənbələrdən Səccadiyyə Səhifəsi, Hüquq Risaləsi və sair kitablardır. Bu kitablarda imamın münacatları, duaları, hədisləri və insanların hüquqları barədə kəlamları yer alıb.

 

İmam yaşadığı dövrdə zalım Bəni-Uməyyə hakimlərinin təzyiqi nəticəsində çətin şəraitə malik olduğundan çox zaman öz ictimai-siyasi və dini mesajlarını dualar və münacatlar çərçivəsində verməyə məcbur idi. Məhz buna görədir ki imamın münacatlarını ictimai məsələlərə də aid etmək olar.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system