NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gecə mübarək “Nimeyi-Şaban” dır - Qədr gecəsindən sonra ən fəzilətli gecə

Oxundu: 348
Bu gecə mübarək “Nimeyi-Şaban” dır - Qədr gecəsindən sonra ən fəzilətli gecə

Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü o qədər uzadar ki, peyğəmbərin nəslindən olan, peyğəmbərin adını daşıyan Qaim qiyam edərək zülmlə dolmuş dünyada ədaləti bərpa edər. Sabah, zühuru ilə dünyanı zülmdən qurtaracaq xilaskar, Allahın yer üzündə höccəti, zəmanınin imamı 12-ci imam Məhəmməd ibni Həsən əl-Məhdinin (ə.f) mövlududur.

İslaminSesi.info xəbər verir ki, sabah hicri-qəməri təqvimi ilə 1440-cı ilin şaban ayının 15-dir.

 

Bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»

 

Tövsiyyə olunur ki,bu gecə gecə insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), ilahi övliyaları ziyarət edə.

 

Şəban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:

1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

3.Kumeyl duasını oxumaq

4. İmam Hüseyn (ə)-ın ziyarəti:

Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.

O Həzrəti(ə) ziyarət etmək üçün açıq havada hündür bir yerə qalxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti(ə) ziyarət etmək lazımdır:

«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».

Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.

5. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hər biri 100 dəfə)

 

Bu gecəyə digər özəllik verən də dövrümüzün imamı Həzrət Mehdinin(ə.f) mövlududur. 

 

İmam Mehdi hicri-təqvimi ilə 255-ci ilin şabanın 15-də Samirra şəhərində dünyaya gələrək cahanı nurlandırıb. İmamın anasının adı Nərciz Xatundur. İmamın varlığı Abbasi xilafəti üçün təhlükə daşıdığına görə onun doğumu gizli saxlanılırdı.

 

İmam Həsən əl-Əsgəri 260-cı hicri ilinin rəbiul-əvvəl ayında şəhid edildikdən sonra, imamət onun yeganə övladı olan Məhəmməd ibni Həsəl əl-Məhdiyə çatdı.

 

Sünni alimləri və tarixçilərindən Əbul-Muali (485 h.q), İbni-Əsir (555 h.q), İbni Şəhraşub (588 h.q), İbni Təlha (625 h.q) yazırlar ki, Məhəmməd əl-Məhdi İmam Həsən Əsgərinin yeganə övladı idi.

 

Sünni alimi Əbu-Davudun əl-Müsnəd əsərində Babul-Mehdi fəslində Peyğəmbərdən nəql edilən hədisdə buyurulur ki, dünya zülmlə dolduqda mənim nəslimdən mənim adımı daşıyan xilaskar zühur edərək, dünyanı ədalətlə dolduracaq və bəzi hədislərdə onun 12 xəlifənin 12-cisi, bəzi hədislərdə isə Fatimənin övladlarından olduğu bildirilir. Əhli-Sünnə alimləri də Xilaskar Mehdinin vəd edilən 12 xəlifənin sonuncusu olduğunu qəbul edirlər.

 

İmam gizli saxlanılırdı. Abbasi xilafəti xəbərdar olduqdan sonra imam 7 yaşında qeybə çəkildi. O bu qeyb zamanı 4 xüsusi naibi və nümayəndəsi ilə insnalarla təmasda olurdu. Hicri-təqviminin 329-cu ilində isə İmamın böyük qeyb dövrü başlayır və indiyə qədər də İmam qeybdədir.

 

İmam Zamanın mövludu münasibəti ilə Azərbaycanda daxil olmaqla müsəlman ölkələrində mövlud mərasimləri keçiriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system