NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 235
Bu ərəb dövlətləri ABŞ-ın İrana qarşı “yeni strategiyasına” dərhal ləbbeyk deyib

Bu ərəb dövlətləri ABŞ-ın İrana qarşı “yeni strategiyasına” dərhal ləbbeyk deyib

ABŞ dövlət katibi Mark Pompeo ötən günkü çıxışında ölkəsinin gələn illərdə İrana qarşı həyata keçirəcəyi strategiyasını açıqlamış və əlaqələrin normallaşması üçün İran qarşısında 9 şərt irəli sürmüşdü. Bəhreyn, Səudiyyə, Birləşmiş Ərəb Əmirliyi və İsrail dərhal ABŞ-ın bu “yeni strategiya”sını dəstəklədiklərini bildiriblər.

İslaminSesi.info SkyNews-a istinadla xəbər verir ki, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliklərinin mənbələri ABŞ-ın İrana qarşı “yeni strategiya”sının dəstəkləndiyini deyiblər.

 

Mark Pompeo ötən günkü çıxışında İrana qarşı sanksiyaların hələ başlanğıc olduğunu deyib və bildirib ki, ABŞ-ın sanksiyaları o qədər olacaq ki, İran yalnız ayaq üstə qalması üçün mübarizə aparacaq.

 

Bu arada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ABŞ-ın İranla əldə edilən nüvə sazişindən birtərəfli şəkildə çıxmasını pisləyib və bildirib ki, ölkəsi beynəlxalq razılaşmalarla həll edilmiş problemləri o cümlədən İran nüvə sazişinin yenidən gərginləşdirilməsini qəbul etməyəcək.

 

ABŞ prezidenti Donald Tramp cari ayın əvvəlində BMT Təhlükəsizlik Şurası və dünya ictimaiyyətinin qəbul etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxmış və İrana qarşı sanksiyaları maksimuma çatdıracağını vəd etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system