Bu dairələrlə bağlı qərar qəbul edildi - SON DƏQİQƏ

Oxundu: 119
Bu dairələrlə bağlı qərar qəbul edildi - SON DƏQİQƏ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb.

 

İslaminSesi xəbər verir ki, həmin müraciətin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

 

Belə ki, iclasda 82 saylı Ağcabədi  seçki dairəsi, 94 saylı Bərdə  kənd seçki dairəsi, 56 saylı Xaçmaz  kənd seçki dairəsi, 106 saylı Tovuz -Qazax -Ağstafa  seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi və 72 saylı Yardımlı -Masallı  seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system