NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu ali məktəblər qanunları pozub - Palata açıqladı

Oxundu: 232
Bu ali məktəblər qanunları pozub - Palata açıqladı

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində ən çox nöqsan aşkar olunan ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanları açıqlayıb.

Palatanın hesabatına əsasən, nöqsanlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetində (BSU) qeydə alınıb. 

 

2018-ci ilə büdcə qanunvericiliyini ATU yeddi dəfə, BTİA altı, BSU isə beş dəfə pozub.  

 

ATU-da əsaslı qoyuluşlar üzrə iki, dövlət əmlakının istifadəsi ilə bağlı bir, vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki nöqsan aşkarlanıb. 

 

Ötən il dövlət satınalmaları ilə bağlı ATU-da üç, BTİA-da beş, BSU-da isə altı nöqsan qeydə alınıb. 

 

2018-ci ildə mühasibat uçotu və hesabatlılıqla bağlı ATU-da dörd, BTİA-da dörd, BSU-da isə altı nöqsan aşkarlanıb.

 

Bundan başqa, BTİA-da büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə bir nöqsan qeydə alınıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system