NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

BU AĞAC səhranın ortasında 1400 ildir öz yaşıllığını qoruyur - İslam Peyğəmbərinin(s) MÖCÜZƏSİ - VİDEO

Oxundu: 2030
BU AĞAC səhranın ortasında 1400 ildir öz yaşıllığını qoruyur - İslam Peyğəmbərinin(s)  MÖCÜZƏSİ - VİDEO

Bir çox peyğəmbərlərin möcüzələri olub. Ən böyük möcüzəsi Quran olan Məhəmməd Peyğəmbərin (s.ə.a.s.) yaşadığı dövrdə də insanlar dəfələrlə möcüzələrə şahid olublar.

İslaminSesi-nin verdiyi xəbərə görə, ən məşhur möcüzələrdən biri "şəqqul-qəmər" (ayın iki yerə parçalanması) möcüzəsidir.

 

Təqdim etdiyimiz bu videoda isə günümüzə qədər insanları heyrətləndirməyə davam edən bir ağac haqda danışılır.

 

Səudiyyə Ərəbistanı, İordaniya və Suriya sərhədində, Omman yaxınlığında  yerləşən, 11 metr hündürlüyü olan  bu ağac səhranın ortasında 1400 il, ilin dörd fəsli öz yaşıllığını qoruyur. Onun ətrafında heç bir yaşayış yoxdur.

 

Maraqlıdır ki, bu ərazidə heç axar su belə, yoxdur. Bəs bunun sirri nədədir?

 

Bir vaxtlar altında Peyğəmbərimizin oturduğu üçün solub-saralmayan bu ağacı hökumət öz nəzarəti altına alıb. Hər il minlərlə insan bu möcüzəni görmək üçün buraları ziyarət edir.

 

 

Aşağıdakı videoda İordaniya kralı II Abdullah da ağac haqda öz təəssuratlarını danışır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system