Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı

Oxundu: 130
Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı

Bir neçə həftə əvvəl Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı Rusiyanın Suriyadakı Hmeymim aviabazasına “yolverilməz həddə” yaxınlaşıb.

Nəticədə Rusiya bazanı qoruyan S-400 “Triumf” zenit-raket kompleksini döyüşə ən yüksək hazırlıq vəziyyətiə gətirib. Bu o deməkdir ki, hər an təyyarəyə atəş açıla bilərdi.

 

 

İslaminSesi xəbər verir ki, insident haqda İsrailin “Nziv” nəşri yazır.  Bildirilir ki, S-400 komplekslərinin adətən pasiv rejimdə işləyən radarları qəfildən aktivləşib və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi bunu qeydə alıb.

 

“Noyabrın 22-də Britaniya HHQ-nin “Eurofighter Typhoon” qırıcısı yolverilməz həddə “Hmemim” aviabazasına yaxınlaşıb. Nəticədə Rusiya Hava Hücumundan Müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, təyyarənin koordinatları və hansı tip qurğuları işə saldığı qeydə alınıb”,-məlumatda bildirilir.

 

Britaniya qırıcısının Suriya hava məkanına daxil olub-olmadığı haqda heç nə deyilmir, amma ehtimal edilir ki, təyyarə Rusiya bazasından bir neçə saniyəlik uçuş məsafəsində olub./Virtualaz.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system