NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 616
 Britaniya Myanma liderini Rohinca böhranının müstəqil araşdırılmasına icazə verməyə çağırıb

Britaniya Myanma liderini Rohinca böhranının müstəqil araşdırılmasına icazə verməyə çağırıb

İslaminSesi.info PressTV-yə istinadla xəbər verir ki, Britaniyanın xarici işlər naziri Boris Conson bazar günü Myanmaya səfər edərək burada Myanmanın dövlət müşaviri Aunq San Su Çii ilə görüşüb.

Görüş zamanı Britaniya XİN başçısı Myanma dövlət müşavirini qətiyyətli şəkildə (ölkənin faktiki rəhbəridir) Rohinca müsəlmanlarına qarşı törədilmiş zorakılıqların müstəqil şəkildə araşdırılmasına  və vəhşiliklər törətməkdə ittiham olunan hərbçilərin məsuliyyətə cəlb olunmalarına imkan verməsinə çağırıb. 

 

Boris Conson Myanmaya 4 günlük Asiya səfəri çərçivəsində Banqladeşin Koks Bazar rayonunda rohinca müsəlman qaçqınlarının qaldıqları düşərgələrə baş çəkdikdən sonra gedib. 

 

According to a Facebook post by Myanma XİN idarəsinin Facebook hesabından yayımlanan məlumatda qeyd edilib ki, tərəflər qaçmağa məcbur olmuş rohincaların qayıtdıqdan sonra yerləşdirilməsi planları da daxil olmaqla Rakhayn əyalətində baş verən son hadisələri açıq və səmimi şəkildə müzakirə ediblər. 

 

Myanma və qonşuluğundakı Banqladeş artıq qaçqınların geri qaytarılması üzrə qazılıqlarını möhürləyiblər, lakin onların qaytarılmaslarına hələ başlanmayıb.

 

Görüşdən sonra Rakhayna gedən Boris Conson Tvitter hesabında "Rakhayndakı zorakılığın tam və müstəqil araşdırma aparılmasında (Myanma) hakimiyyət orqanlarının əhəmiyyəti"nu vurğulayıb və "Rohinca qaçqınlarının öz evlərinə qayıtmaları üçün təcili şəkildə lazımi şərait yaratmaq lazımdır", -deyə çağırıb. 

 

Qeyd edək ki, ötən ilin avqustunda başlayan növbəti zorakılıq və etnik təmizləmə siyasəti nəticəsində Myanma ordusu tərəfindən 7 minədək Rohinca amansızcasına qətlə yetirilib, 700 minə qədəri qonşuluqdakı banqladeşə qaçmağa məcbur olub. 

 

Image result for Aung San Suu Kyi  Britain's Foreign Secretary Boris Johnson

Image result for Aung San Suu Kyi  Britain's Foreign Secretary Boris Johnson

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system