NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Britaniya Müdafiə Nazirliyi irqçiliyə görə rekord məbləğdə təzminat ödəyəcək

Oxundu: 275
Britaniya Müdafiə Nazirliyi irqçiliyə görə rekord məbləğdə təzminat ödəyəcək

Britaniya ordusu xidmət göstərdiyi müddətdə irqçiliklə qarşılaşan qaradərili hərbçiyə rekord məbləğdə təzminat ödəyəcək.

 

İslaminSesi-nin İslam-Today.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Daily Mail nəşri yazır.

 

Lankaşir qraflığının sakini İnoke Momonakaya ilə Britaniya Müdafiə Nazirliyi arasında altı il ərzində məhkəmə prosesi gedib.

 

40 yaşlı 4 uşaq atası ona qarşı göstərilən irqçi münasibətin az qala intihara gətirəcəyini bildirib. Keçmiş hərbçi hələ də psixoloji problemlərlə bağlı müalicə alır.

Momonakayanın sözlərinə əsasən, hərbçilər onun zahiri görünüşünü ələ salıb təhqir edirdilər. Bu təhqirlər İraq və Əfqanıstana ezamiyyət zamanı da davam edib.

Bundan əlavə, onu və digər qaradərililəri Əfqanıstana ilk dəfə gələnlər üçün çəkilən təlimi videolarda "Taliban" döyüşçülərinin rolunu oynamağa məcbur edirdilər.

Məhkəmə prosesilə əlaqədar Müdafiə Nazirliyi silahlı qüvvələrdə ayrıseçkilik və təqibə yer olmadığını bildirən bəyanatla çıxış edib.

Qeyd edək ki, İrqçilikdən zərər çəkmiş hərbçiyə 490 min funt ödəniləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system