NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Böyük İslam dahisi Nəsrəddin Tusidən bəzi hikmətli nəsihətlər - VİDEO

Oxundu: 241
"

Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi və ya Nəsirəddin Tusi.

 

“İslaminSesi” – 1201-ci ildə Tus, yaxud Həmədan yaxınlığında dünyaya gəldiyi deyilən bu böyük alim 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş, öz vəsiyyəti ilə Kazımeyn şəhərində 7-ci  imam Museyi  Kazım (ə) və onun  nəvəsi  9-cu  imam  Məhəmməd Cavadın (ə)  məzarlarının  ayaq  tərəfində  dəfn olunmuşdur. 

 

 Riyaziyyatçı, filosof, astronomiya, riyaziyyat, fizika, tibb,  fəlsəfə, etika, məntiq və digər  sahələrində  söz sahibi olan alim ömrünün 12 ilini Ələmut adlı qalada həbsdə keçirmiş, bununla belə elmə böyük töhvələr vermişdir. O cümlədən “Əxlaqi-nasir” adlı əxlaq kitabı və Əbu Əli Ibn  Sinanın  "İşarələr  və  qeydlər"  adlı  fəlsəfi  risaləsinə şəhr yazmışdır.

 

Böyük filosof və əxlaq utadından bir neçə dəyərli kəlamları sizə təqdim edirik:

 

-Xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər.

 

-Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilsin.

 

-Təvazö, özünü daha aşağı mövqedə olanlara nisbətən üstün hesab etməməkdir.

 

-Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz.

 

-Vəfa ona deyilir ki, yardım və kömək lazım olan yerdə heç bir şey əsirgənməsin.

 

-Həmişə öyrən və öyrənməklə məşğul ol. Əvvəl məqsədi müəyyənləşdir, sonra elmi seç.

 

-Ömrümüz boyu öyrəndik, axırda onu bildik ki, heç nə bilmirik.

 

-Biz demişik ki, ədalət bütün fəzilətlərin yekunudur və onun yeri “ortaqlıqdır”.

 

-Bir az diqqət edilsə, naşükür adamların xasiyyətindən daha murdar xasiyyət tapmaq olmaz.

 

-Ən yaxşı xasiyyətlər içində isə qədir bilməkdən gözəl sifət ola bilməz.

 

 

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system