NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 194
Böyük hərracda 800 manatlıq əmlak satışa çıxarılacaq

Böyük hərracda 800 manatlıq əmlak satışa çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək növbəti hərracda əmlakların qiymətləri bəlli olub.

"İslaminSesi.info" komitəyə istinadən xəbər verir ki, budəfəki hərraca 121 dövlət əmlakı çıxarılacaq.

 

Bunlardan 18-i səhmdar cəmiyyətləri, 37-si kiçik dövlət müəssisəsi, 56-sı qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir. 

 

Bildirilir ki, özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Gəncə şəhərində yerləşir.

 

Şəhərin mərkəzində Yeni Gəncə qəsəbəsi, Heydər Əliyev adına parkın ərazisində olan 69 saylı ictimai iaşə sahibi üçün qazanc mənbəyi ola bilər.  Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kvadratmetrdir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir.

 

Bundan başqa, xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. İmişli rayonunda yerləşən 5 saylı mağaza belə obyektlərdəndir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 580 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1000 kvadratmetrdən çoxdur. Həmin obyektin torpaq sahəsi ilə birgə özəlləşməsi isə rentabelliyi daha da artırır. 

 

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Daşkəsən ərazi yun qəbulu və tədarükü məntəqəsi də belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 950 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır.

 

Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi iqtisadi potensialı artıran səbəblərdəndir. Bu obyekt səmərəli işləyəcəyi təqdirdə geyim istehsalı üçün xammal mənbəyinə çevrilə bilər.

 

Aprelin 10-da keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evinin özəlləşdirilməyə çıxarılmasıdır:

“Qusar rayonunda yerləşən Xürel kənd klubunun ilkin start qiyməti münasib olmaqla investorları özünə cəlb edə bilər. Adıçəkilən əmlakın özəlləşməsinə qoşulmaq üçün öncədən həmin obyektin ilkin start qiymətinin 10%-i, başqa sözlə, 1150 manat dəyərində məbləğ beh olaraq ödənilməlidir”.

 

Budəfəki hərracda çox sərfəli, hətta 800 manata da əmlak tapmaq olar. Neftçala rayonunda yerləşən, ümumi faydalı sahəsi 16 kvadratmetr olan bərbərxana bu qiymətə satışa çıxarılacaq:

 

“Cəmi 80 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür. Sərfəli qiymətə olan əmlakı Bərdə rayonundan da tapmaq olar. Rayonun Qaradəmirçi kəndində yerləşən Ehtiyat hissələri satışı mağazasının ilkin start qiyməti 1500 manatdır”.

 

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler”, “Oğuz Kəndkimya”, “Ləki Sinklənmiş qablar” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

 

Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

 

Nəqliyyat vasitələrinin isə markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1300 manatla 21 min manat arasında dəyişir. Özəlləşdirilməyə çıxarılan avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1987-2008-ci illəri əhatə edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system