NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Böyük gücün böyük əndişəsi – ABŞ Türkiyəni birdəfəlik itirə bilər

Oxundu: 751
Böyük gücün böyük əndişəsi – ABŞ Türkiyəni birdəfəlik itirə bilər

Tofiq Abbasov: “Rusiya-Türkiyə-İran üçlüyünün bir cərgədə olması Amerikanın maraqları üçün Avrasiya və Yaxın Şərqdə çox ciddi problemlərin yaranması deməkdir”

 

ABŞ Türkiyəyə qarşı təzyiqləri gücləndirməkdə davam edir. Ölkəni təhdid etmək üçün istənilən addımı məqbul sayan Birləşmiş Ştatlar hökuməti bir az da irəli gedərək gözlənilməz qərara imza atıb. Belə ki, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alacağı təqdirdə sanksiyaların tətbiq olunmasını və F-35 proqramından çıxarılmasını ehtiva edən qanun layihəsini təsdiq edib. Layihənin müəllifi FETÖ terror təşkilatı ilə birgə işləyən və onlara qarşılıqsız dəstək verən senator Eliot Engeldir. Sözügedən qanun layihəsində rəsmi Ankara Rusiya və İranla yaxın münasibətlər qurmaq və Şimali Kipri işğal etməkdə ittiham olunur. Təsadüfi deyil ki, ən adi məsələlərdə razılığa gəlməyi bacarmayan Demokrat Partiyası ilə Respublikaçılar Partiyasının senatorları layihəni dəstəkləyib və S-400 müdafiə komplekslərinin alışının ləğv olunması ilə bağlı çağırış ediblər. Qanun layihəsində qeyd olunur ki, Türkiyənin Amerika ilə əhəmiyyətli regional maraqları paylaşmasına rəğmən, Rusiya və İranla əməkdaşlıq etməsi, Şimali Kiprin işğalı, demokratik normalar və qurumlardan uzaqlaşması, azad mətbuata hücumlar, ABŞ vətəndaşlarının və səfirlik işçilərinin haqsız şəkildə həbs olunması ABŞ-Türkiyə münasibətlərini son dərəcə çətin vəziyyətə gətirir. Qanunda həmçinin, Amerikanın Düşmənləri ilə Sanksiyalar Yolu ilə Mübarizə Aparmaq Qanunu (CAATSA) çərçivəsində Rusiya kəşfiyyatı və müdafiə sənayesi sektoru ilə əməkdaşlıq edənlərə sanksiya tətbiq olunmasının şərt olduğu bildirilib. Türkiyənin S-400 sistemlərinə sahib olacağı təqdirdə F-35 proqramından çıxarılması məsələsi də layihədə əksini tapıb. ABŞ-ın son addımı  haqlı olaraq bəzi suallara yol açıb.

 

Ankaranın Rusiya və İranla yaxın münasibətlər qurması ABŞ üçün bu qədərmi təhlükəlidir? Vaşinqtonun Türkiyəni Şimali Kipri işğal etməkdə suçlaması və hətta Konqresin bunu qanun layihəsinə salması Ankara üçün nə deməkdir?

 

"İslamınsəsi"nə açıqlama verən politoloq Tofiq Abbasovun sözlərinə görə, Vaşinqton üçün Türkiyə, təbii ki əhəmiyyətli ölkədir və onu itirmək müəyyən mövqeləri əldən vermək anlamına gəlir: "Əlbəttə, Türkiyəni itirmək Amerika üçün o qədər də böyük faciə deyil. Lakin Birləşmiş Ştatlardan ötrü daha narahatedici məqam Ankara- Moskva-Tehran üçlüyünün yaranmasıdır. Çünki Rusiya ilə İran tədricən sanksiyalarla küncə sıxışdırılırlar. Belə olduqda Türkiyənin Amerika üçün iki düşmən məmləkətlə yaxınlaşıb iş birliyi qurması artıq təhlükə kəsb edir. Çünki bu üçlüyün bir cərgədə olması Amerikanın maraqları üçün Avrasiya və Yaxın Şərqdə böyük fəsad və problemlər yarada bilər. Məhz buna görə son günlər Vaşinqton nəyin bahasına olursa olsun Türkiyəni Rusiya-İran birləşməsindən qoparmaq istəyr. Təəccüblü deyil ki, Donald Tramp artıq Ankaraya təkcə xəbərdarlıq etmir, həm də hədələyir. Əgər Rəcəb Tayyib Ərdoğan S-400 raket komplekslərinin alışından imtina etməsə, onda regionda çox əhəmiyyətli transformasiyalar qaçılmaz olacaq. İstisna olunmur ki, ABŞ hətta Türkiyənin NATO-dan xaric olunmasını gündəmə gətirsin. Nəhayət, Qərbi Asiyada tam başqa geosiyasi kompozisiya yarana bilər ki, bu da özü ilə yeni qarşıdurma xətlərinin yaranması və əlavə risklərin peyda olması ilə nəticələnəcək."

 

Politoloqun sözlərinə görə, Şimali Kipr mövzusunun meydana gəlməsi də ondan xəbər verir ki, Vaşinqton artıq Türkiyə üçün də sanksiyalar tələsini hazırlayıb: "Əgər Ərdoğan təslim olmasa, onda Türkiyə də məhdudlaşdırıcı aksiyalara məruz qalacaq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system