NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Böyük güclərin “Böyük Yaxın Şərq” projesi – “Kürd məsələsi” ciddiləşir

Oxundu: 972
Böyük güclərin “Böyük Yaxın Şərq” projesi – “Kürd məsələsi” ciddiləşir

Azər Rəşidoğlu: “PKK terrorundan eyni dərəcədə əziyyət çəkən İran və Türkiyə bölgəni terrorçulardan təmizləmək üçün əməkdaşlığı davam etdirməlidirlər”

 

Son günlər Türkiyə və İranın PKK terror təşkilatına qarşı birgə əməliyyatlar keçirəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Bu barәdә rəsmi məlumatı isə jurnalistlərə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Gündәmdәki bu aktual mәsәlәni dəyərləndirən Süleyman Soylu qeyd edib ki, son illərdə terror tәşkilatına endirilәn zәrbәlәr nәticәsindә çox sayda terroçu zәrәrsizlәşdirilib və tәslim olub. Suriya ilә sәrhәddә ciddi tәdbirlәrin görüldüyünü deyәn Süleyman Soylu Türkiyәnin cәnubunda әn müasir sistemlәrin qurulduğunu vurğulayıb. İranla da bu mәsәlә ilә bağlı әmәkdaşlıq etdiklәrini deyәn Süleyman Soylu əlavə edib ki, Türkiyә vә İran PKK-ya qarşı birgә әmәliyyatlar keçirәcәk. Qeyd edək ki, Türkiyə kimi İran da PKK terrorçularının hücumuna az məruz qalmır.

 

Xatırladaq ki, bir neçə ay əvvəl İranın qərbində İnqilab Keşikçiləri Ordusu qüvvələri ilə PEJAK terrorçuları arasındakı qarşıdurmada 11 əsgər həyatını itirmişdi. Belə teraktların baş verməsinə isə İranın seyrçi qalacağı inandırıcı deyildi. İran Silahlı Qüvvələri ötən il və bu ilin əvvələində bir neçə uğurlu əməliyyat keçirərək kürd terrorçularını zərərsizləşdirməyə nail olub. Lakin teraktların arxasında daha böyük qüvvələrin dayandığını nəzərə alan iki qonşu dövlətin birgə əməliyyatlara başlamasını siyasi ekspertlər gözlənilən hesab edirlər. 

 

Bəs İran və Türkiyənin PKK-ya qarşı birgə hərbi əməliyyatları, uzun illərdir dinc sakinlərin qanını tökən terror təşkilatının bölgədəki fəaliyyətini əhəmiyyətli şəkildə zərərsizləşdirə bilərmi? Tərəflər bunun üçün daha nələr etməlidirlər?

 

"İslamınsəsi"nə danışan politoloq Azər Rəşidoğlu bildirdi ki, bu sahədə İran və Türkiyənin əməkdaşlığı qaçılmazdır: "PKK və PYD Vaşinqtonun layihəsidir. “Böyük Yaxın Şərq” layihəsinin gündəmə gətirilməsindən sonra Amerikanın bəzi beyin mərkəzləri və araşdırmaçıları, Pentaqona və Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın hesab edilən ekspertləri “müstəqil Kürdüstan” xəritəsini müxtəlif versiyalarda cızmağa və yaymağa başladılar. Cənub-Şərqi Anadolu ilə Şərqi Anadolu bölgələri Kürdüstan sərhədləri içərisində göstərilir. İranın bəzi əyalətləri də bu xəritəyə daxıi edilib. Vaşinqtonun beyin mərkəzlərinin xəritələrində Azərbaycan ərazilərinin də bir hissəsi “Kürdüstan”ın tərkibində göstərilir. “Böyük Yaxın Şərq” layihəsinin əsas məqsədi regionda ABŞ və İsrailin mövcudluğunu saxlamaq, “Böyük Ermənistan”, “Böyük Kürdüstan” və “Böyük İsrail” adlarında üçlük yaradaraq İslam və türk dünyasına qarşı çıxmaqdır”.

 

A.Rəşidoğlunun sözlərinə görə, “Böyük Kürdüstan”ın tərkibinə təkcə Şimali İraqdakı Kürdüstan Muxtariyyəti deyil, Mosul, Kərkük, Türkiyə, İran, Suriya, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi də daxil edilir: “Söhbət hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından gedir. Göründüyü kimi, dünyanın böyük güclərinin bölgənin xəritəsini yenidən cızmaq planlarında “kürd məsələsi” ciddi yer tutur və bu planları həyata keçirmək istəyənlər kürd separatizmindən faydalanmaq istəyirlər. İran və Türkiyə PKK terrorundan eyni dərəcədə əziyyət çəkir və odur ki, bu ölkələrin əməkdaşlığı mümkündür. Onlar teraktların qarşısını almaq və bölgəni terrorçulardan təmizləmək üçün gələcəkdə də bu istiqamətdə əməkdaşlığı davam etdirməlidirlər".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system