NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Böyük əfv" gözləntiləri - Siyahıda İlqar Məmmədov və Əli İnsanov da ola bilər

Oxundu: 355

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlunun verdiyi açıqlamada Əfv Komissiyasına təqdim etdikləri siyahıya sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovun da adını saldıqlarını bildirib.

"İslaminSesi.info" bildirir ki, N.Cəfəroğlu deyib: “Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

 

Bununla belə, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: “Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ Prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik...”.musavat.com

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system