NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Boşanmaların sayı niyə artır? – Ekspertlər ən müxtəlif səbəblərdən danışdılar

Oxundu: 139
Boşanmaların sayı niyə artır? – Ekspertlər ən müxtəlif səbəblərdən danışdılar

Bəhruz Camal: “Avropada hərənin öz ailə həyatı ilə yanaşı, şəxsi həyatı da var və təəssüf ki, dəyərlərimizə belə yad bir ənənə bizim gənclərə də sirayət edir”

Vüsal Hətəmov: “Teleməkanlar yüngül səviyyəli müğənniləri var-dövlət içində təqdim etməklə, gənc qızları yüngül həyat tərzinə, ailə yükünü daşımamağa stimullaşdırırlar”

 

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınıb.

İslaminSesi  xəbər verir ki, bu barədə Dövlət Statsitika Komitəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

 

Göründüyü kimi, hər ötən illə müqayisədə növbəti illərdə boşanmaların sayında artım qeydə alınır. Acınacaqlı haldır ki, bu baxımdan cari il də istisna deyil. Bu isə şübhəsiz ki, həm respublika əhalisinin ümumi sayında illik artımla, həm də uşaqların tərbiyəsi ilə bağlı ciddi problemlər yaradır.

 

Bəs boşanmaların sayındakı artım hansı faktorlarla bağlıdır? Ümumiyyətlə belə halların qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir?

 

Mövzu ilə bağlı İslaminSesi-nə danışan ilahiyyatçı Bəhruz Camal hazırda ölkədə ailə institutunun doğrudan da bərbad vəziyyətdə olduğunu bildirdi. Boşanmalara bir çox amillərin səbəb olduğunu vurğulayan ilahiyyatçı hesab edir ki, birinci səbəb evliliyin seçimi ilə bağlıdır: “Evliliyin mühüm şərtləri var. Birincisi, gənclər öz tiplərinə, təfəkkür və düşüncə tərzlərinə, qarşı tərəfin ailə tərbiyəsinə uyğun seçim etməlidirlər. Bunlar hamısı şərtdir. Bəzən tərəflər bir-birilərini dərindən tanımırlar və ona görə də ailə qurulduqdan sonra problemlər yaşanır. Image result for Bəhruz Camal

Digər tərəfdən bir-birinin ailələrinə adaptasiya oluna bilmirlər, yaxud kənar müdaxilələr olur və s. Yəni bunlar boşanmanın səbəblərindəndir”.

 

İlahiyyatçinin qənaətinə görə, başqa bir səbəb də KİV-də bizim milli-mənəvi dəyərlərə, mentalitetə yad ənənələrin qabardılmasıdır: “Məsələn, Avropada hərənin öz ailə həyatı ilə yanaşı, şəxsi həyatı da var. Təəssüf ki, belə hallar bizim gənclərə də sirayət edir. Bu isə bizim dəyərlərə yad bir ənənədir. Bu kimi ənənələrin qabardılması, hərənin öz şəxsi həyat tərzinin olması bizdə çox böyük problem yaradır”.

 

Ailədə qadın və kişi öhdəçilikləri ilə bağlı maarifçiliyin olmadığını deyən B.Camal hesab edir ki, bununla bağlı ölkədə ciddi tədbir görülməlidir: “KİV-də, televiziya proqramlarında ailə-məişət mövzusunda maarifləndirici verilişlər, tok-şoular hazırlanmalı, bu mövzuda nəşrlər olmalıdır ki, gənclər ailə qurmamışdan əvvəl nə etməli olduqlarını bilsinlər”.

 

İlahiyyatçı boşanmaların sayının artmasında sosial faktorların payının da olduğunu bildirdi: “Şübhəsiz ki, burda maddi təminat da rol oynayır. Amma bütün boşanmaların səbəbini sosial problemlərlə bağlamaq da yanlışdır. Mümkündür ki, 10 ailədən 6-sı boşanıbsa, onlardan 2-si sosial zəmində olsun. Məsələn, Avropada sosial rifah yaxşıdır, amma boşanmalar yenə də var. Yəni bu problem şərtlərdən yalnız biridir”.

 

Yazar Vüsal Hətəmov isə düşünür ki, boşanmaların sayının artması müvafiq qurumları ciddi narahat etməlidir. Onun fikrincə, bu yönümdə fəaliyyət göstərən QHT-lər və digər əlaqədar ictimai qurumların işi sıfır dərəcəsində dəyərləndirilməlidir: “Nəticə göz önündədir. Hər il minlərlə boşanma faktı qeydə alınır. Bunun bir səbəbi sosial problemlərdirsə, digər səbəbi də gənc ailələrdə mənəvi-psixolojiImage result for Vüsal Hətəmov

 durumun ailə institutu strukturuna uyğun gəlməməsidir. Gənclər orta məktəblərin yuxarı siniflərində, həmçinin ali təhsil mərkəzlərində ailə mövzusunda yetərincə maarifləndirilməlidir. Məktəb və ali təhsil mərkəzlərində təkcə ixtisas fənləri deyil, ailə mövzusunda da fənn tədris edilməlidir”.

 

V.Hətəmovun sözlərinə görə, boşanmaların bir səbəbi də teleefirlərdə ərsiz müğənnilərin cəmiyyətə uğurlu sima kimi təqdim edilməsidir. Belə ki, gənc qızlar teleməkanlarımızda yüngül səviyyəli müğənnilərin həyat tərzi ilə tanış olduqda ciddi həyata deyil, daha rahat yaşam tərzinə üstünlük verirlər: “Teleməkanlar yüngül səviyyəli müğənniləri var-dövlət içində təqdim etməklə, gənc qızları yüngül həyat tərzinə, ailə yükünü daşımamağa stimullaşdırırlar. Bu, psixoloji stumullaşdırmadır. Düşünürəm ki, bu məsələdə düşmən əlinin də olması istisna edilməməlidir. Damarından azərbaycanlı qanı axan şəxs ciddi qadın simalarını qoyub meşşan həyat tərzi keçirən qadın müğənniləri bütün günü teleefirlər vasitəsilə evlərə daşımaz”.

 

Yazar hesab edir ki, bəylərimiz də bu məsələdə hazırlıqsızdır: “Evlilik yaşlarına qədər ata-ana nazı ilə böyüyən gənc oğlanlar ailəlilik dövründə həyat yoldaşlarından sanki qayğı gözləyirlər. Halbuki, qədimdən kişilərimiz evin bütün qayğısını çiyinlərinə götürmüşlər. Odur ki, bəylərimiz gənc yaşlarından ailə yükünü çəkmək mexanizmini praktik olaraq yaşamalıdırlar”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system