Boris Consonun “gizli” planı ifşa olundu

Oxundu: 102
Boris Consonun “gizli” planı ifşa olundu

Boris Consonun hökumətinin “Brexit” üzrə “gizli” planı üzə çıxdı.

İslaminSesi BBC-yə istinadən xəbər verir ki, sənədi Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin dərc edib.

 

Korbin bu sənədi “Brexit”dən sonra Şimali İrlandiyanın sərhəddə gömrük yoxlamaları yolu ilə Böyük Britaniyadan “ayrılacağını” göstərən “tutarlı dəlil” adlandırıb.

 

“Bu, dövlət maraqları naminə yolverilməzdir və Böyük Britaniyanın iqtisadiyyatına mənfi təsir göstərəcək”, - deyə leyboristlərin lideri bildirib.

Conson bu məlumatı artıq təkzib edib, Korbinin bəyənatını isə “axmaqlıq” adlandırıb./bizimyol.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system