Boliviyada maraqlar toqquşması - İnqilabın əsl səbəbi nə idi? - DƏHŞƏTLİ FAKTLAR

Oxundu: 83
Boliviyada maraqlar toqquşması - İnqilabın əsl səbəbi nə idi? - DƏHŞƏTLİ FAKTLAR

Boliviyada Prezident Evo Moralesin istefası ilə nəticələnən hadisələri inqilab və demokratik mübarizə kimi adlandırırlar.

İslaminSesi “Haber7”yə istinadən xəbər verir ki, əslində isə hadisələri arxasında başqa səbəblər dayandığı ortaya çıxıb.

 

Belə ki, hadisələrin baş verməsinin arxasında “gələcəyin nefti” olaraq adlandırılan LİTİUM uğrunda mübarizə olduğu iddia edilir. Boliviyanın dünya litium rezervlərinin 60 faizinə sahib olması bu iddianı gücləndirən əsəs faktlardan biridir.

 

Lakin, məsələ o qədər də bəsit deyil.

 

Bəli, litium hazırda elektrikli avtomobillərdə, mobil telefonlarda, dronlarda, tabletlərdə, notbuklarda bvə bir çox sahələrdə geniş istifadə edilir. Amma mövcud “li-on” batareyalar elektromobillərin tutumunu qaldırmağa və hər gün inkişaf edən smartfon və dronların texnologiyasına ayaq uydurmaqda da çətinlik çəkir. Bu səbəbdən elm adamları maye haldakı bu batareyaları qatılaşdırmaq üçün uzun müddətdir çalışırlar. Artıq bu istiqamətdə müəyyən irəliləyiş də əldə olunub. Buna görə də qatı litium batareyalarının yaxın gələcəkdə həyata keçiriləcək bir yenilik olacağı ehtimal edilir. Bu baş verərsə, mövcud batareayaların ömrü 100 dəfəyədək uzanacaq. Yəni, litium yaxın gələcəkdə ən az neft qədər dəyərli bir enerji olacaq.

 

 

Bu bir həqiqətdir ki, neftin olduğu hər yerdə müharibələr, çaxnaşmalar, inqilablar, terror aktları olar. Çox qəribədir ki, həmin yerlərdə ABŞ da ortaya çıxır. Artıq neftin öz yerini litiuma buraxmağa hazırlaşdığı bir zamanda Boliviyada da bənzər hadisələrin baş verməsi heç də təəccüblü görünmür.

 

Bu iddianı dəstəkləyən bir neçə faktı qeyd edək. Dünyanın ən “li-on” batareyalarını istehsal edən şirkətlərin adlarına baxdıqda təsvir etdiyimiz mənzərə biraz daha dəqiqləşir. İlk pillədə Cənubi Koreyanın “LG Chem” şirkəti dayanır. Amma onların əsas müştəriləri “Volkswagen”, “General Motors”, “Ford”, “Volvo”, “Renault”, “Nissan”, “Hyundai” və “Kia” şirkətləridir. Boliviyada qarışıqlıq başlayan kimi “LG Chem” birjada hissə dəyərləri 320 minə qədər yüksəlib./BAKU.WS/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system