NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Boliviya prezidenti ABŞ-la Rusiyani müqayisə etdi: Bu böyük fərqdir...

Oxundu: 1205
Boliviya prezidenti ABŞ-la Rusiyani müqayisə etdi: Bu böyük fərqdir...

Rusiya olmasa ABŞ hər kəsə müdaxilə edər, Rusiya dünyada siyasi balansı qoruyur deyə Boliviya prezidenti deyib.

 

“İslaminSesi” bildirir ki, Boliviya prezidenti Evo Moralis bu fikirləri “Sputnik”-ə müsahibəsində səsləndirib.

 

“Rusiya beynəlxalq qüvvələr arasında tarazlıq saxlayan bir ölkədir. O hər hansı ölkəyə hərbi müdaxilədən çəkinən ölkədir. Rusiya bir dövlət, bir xalq olaraq daim beynəlxalq hüquqa sadiqdir. Rusiya ilə əlaqələr tək Boliviya üçün deyil, həm də planetin bütün sakinləri üçün çox zəruridir” deyə Moralis bildirib.

 

ABŞ-ı digər ölkələrin daxili işlərinə qarışmasında ittiham edən Moralis, “Rusiya Amerikanın digər ölkələrin daxili işlərinə müdaxilə etməsinin qarşısında duran bir zəmanətdir” deyə əlavə edib.

 

Amerikanın hazırkı siyasətinə toxunan Evo Moralis, “biz əminik ki, ABŞ modeli həyat və insanlıq üçün təminat yeri deyildir, çünki bu ölkə qarşısında heç bir rəqib görmək istəmir” deyə tənqid edib.

 

“Rusiya ABŞ-dan fərqli olaraq öz imkanlarını digər ölkələrlə bölüşür. Bu böyük fərqdir... Elə bu səbəbdən Rusiya dünya üçün çox vacibdir” deyən Boliviya prezidenti iki dünya nəhəngini bir-birindən fərqləndirib.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system