Boliviya ordusu özünü prezident elan etmiş müxalifətçini DƏSTƏKLƏDİ

Oxundu: 59
Boliviya ordusu özünü prezident elan etmiş müxalifətçini DƏSTƏKLƏDİ

Boliviya Silahlı Qüvvələri eks-prezident Evo Moralesin istefasından sonra 12 noyabr tarixində, La Pasedəki prezident sarayında özünü müvəqqəti prezident elan eləmiş müxalifətçi senator Janin Anyesi dəstəklədiyini bəyan edib.

İslaminSesi -nin məlumatına görə, bu barədə xəbər ordunun baş komandanı Uilyams Kalimanın “Ragina Siete” qəzetinin “Tvitter” səhifəsində dərc edilmiş məktubunda verilir. Məktubda yazılıb: “Şəraiti nəzərə alaraq, sizə bildirmək istəyirik ki, qanunlara, normalara və hərbi nizamnaməyə əsasən, biz sizin tabeliyinizdəyik”.

 

Qeyd edək ki, Anyes prezident səlahiyyətlərini müvəqqəti olaraq öz üərinə götürdüyünü bəyan edəndən sonra Konstitusiya Məhkəməsi də hakimiyyətin alınmasının qanuni olduğunu təsdiqləmişdi.

 

Bazar günü etirazların fonunda Morales başda olmaqla, Boliviyanın ali hakimiyyəti istefa verərək ölkəni tərk eləmişdi.

 

Prezident seçkilərindən sonra baş vermiş qarışıqlıq iri şəhərlərdə davam eləməkdədir. Seçkilərin nəticələri Moralesin rəqiblərini narazı salmışdı. Son məlumata görə, iğtişaşlar nəticəsində yeddi nəfər həyatını itirib./Hurriyyet.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system