NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 434
Bölgələrdə pensiyalar niyə gecikir? - RƏSMİ CAVAB

Bölgələrdə pensiyalar niyə gecikir? - RƏSMİ CAVAB

Bakı şəhəri üzrə pensiyaların maliyyələşdirilməsi aprel ayının 10-da başa çatsa da, respublikanın digər şəhər və rayonlarında vəsaitlər hələ də hesablara köçürülməyib.

Bəzi yerlərdə pensiyalar nə zaman veriləcək?

 

"İslaminSesi.info" bildirir ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının pensiyalarının ödənişi prosesi normal qaydada həyata keçirilir və pensiyaların maliyyələşməsində heç bir problem, çətinlik yoxdur: 

 

“Bu işlər müvafiq qrafikə uyğun olaraq aparılır, artıq Bakı şəhəri və respublikamızın əksər şəhər və rayonları üzrə aprel ayının pensiyalarının maliyyələşdirilməsi tam təmin edilib. Yalnız bir neçə rayon qalıb ki, onlarla bağlı pensiyaların da maliyyə təminatı işləri aparılır və yaxın iki gün ərzində həmin bir neçə rayonun pensiyaçılarının pensiyalarının ödənişi  tam başa çatacaq. 

 

Yəni qrafik üzrə pensiyaların ödənişi prosesi normal şəkildə davam etdirilir və əvvəlki aylarda olduğu kimi, aprel ayı üzrə pensiyaların da elə bu ay ərzində respublikamızın bütün rayon və şəhərləri, habelə bütün pensiyaçı kateqoriyaları üzrə maliyyələşdirilməsi tam təmin olunacaq”, - deyən şöbə müdiri vurğulayıb ki, pensiyaların ödənişi prosesləri müasir və şəffaf qaydada, plastik kartlarla, bankomatlar vasitəsilə həyata keçirilir. 

 

E.Babayev vurğulayıb ki, pensiyaların məbləğində artım 2018-ci ildə də davam edib. Xüsusilə Azərbaycan Respublikası prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması bu sahədə mühüm rol oynayıb.

 

Beləliklə, pensiyaların orta aylıq məbləği 2018-ci il 01 aprel tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq, 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 9,27 faiz artaraq 244,36 manata çatıb:

 

“Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən sosial sığorta daxilolmalarında artım tempi də davam etməkdədir. Belə ki, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artıb”. 

 

Qeyd edək ki, 01 aprel 2018-ci il tarixinə ölkəmizdə 1 milyon 313 min nəfər əmək pensiyaçısı var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system