NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

BMT TŞ Trampın Qüds qərarı ilə bağlı təcili topantı keçirir

Oxundu: 409
BMT TŞ Trampın Qüds qərarı ilə bağlı təcili topantı keçirir

İslaminSesi.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qüdsü sionist İsrail rejiminin paytaxtı kimi tanıdığını elan etməsi ilə bağlı olaraq təcili iclas keçirəcək.

"ABŞ prezidentinin bəyanatı işığında Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay və Fransanın nümayəndə heyətləri Qüdsün statusu üzrə bu həftənin sonunadək Şuranın təcili görüşünün keçirilməsini istədilər" - deyə ölkələrin missiyalarının birgə bəyanatda deyilir.

 

İclasda İsrail-Fələstin sülh prosesinin nizamlanması məsələləri müzakirə olunacaq. BMT-nin baş katibi Antoniu Quterreşin vəziyyətə dair məruzə ilə çıxış edəcəyi gözlənilir.

 

"RİA Novosti"-yə Təhlükəsizlik Şurasının hazırki sədri olan Yaponiya nümayəndəliyindən görüşün sabah, dekabrın 8-də Nyu-York vaxtı ilə səhər saatlarında keçiriləcəyi bildirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system