NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

BMT Təhlükəsizlik Şurasının 2020-2021-ci illər üçün qeyri-daimi üzvləri seçilib

Oxundu: 575
BMT Təhlükəsizlik Şurasının 2020-2021-ci illər üçün qeyri-daimi üzvləri seçilib

BMT Baş Assambleyasının hazırda keçirilən 73-cü sessiyasında 2020-2021-ci illər üçün Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə Niger, Sent Vinsent və Qrenadi, Tunis, Vyetnam və Estoniya seçilib.

 

"İslaminSesi" Report”a istinadən məlumat verir ki,  TASS-ın xəbərinə görə bu barədə sessiyanın sədri, Ekvador təmsilçisi Maria Fernanda Espinosa Qarsesi açıqlama verib.

 

Qeyd edək ki, TŞ-nin qeyri-daimi üzvlüyünə Avropa təmsilçisinin seçilməsi üçün ikinci tur keçirmək lazım gəlib. Belə ki, birinci turda Estoniya 111, Rumıniya 78 səs toplayaraq səslərin üçdə ikisi, yəni 129 səs həddinə çata bilməmişdilər. İkinci turda isə 132 səs lehinə verilən Estoniya ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvlüyünə seçilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system