HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 148
BMT Suriya qaçqınlarına geri dönməyə izn vermir - Hizbullahdan açıqlama

BMT Suriya qaçqınlarına geri dönməyə izn vermir - Hizbullahdan açıqlama

Livan Hizbullah təşkilatının baş müşavirinin müavini Şeyx Naim Qasım Suriya qaçqınları barədə açıqlama verib.

İslaminSesi Tasnimnews-a istinadən bildirir ki, Şeyx Naim Qasım BMT və bir çox böyük ölkələrin qaçqınların öz ölkələrinə qayıtmasına maneçilik törətdiyini bildirib.  O bildirib ki, bu insanları Suriya hökumətinə qarşı təzyiq kimi istifadə etmək niyyətindədirlər. Şeyx Qasım avropalı yüksək rütbəli bir rəsminin buna dediyini bildirib. O BMT-nin və digər ölkələrin bu sosial qüvvədən istifadə edəcəklərini açıqlayıb. 

 

نعیم قاسم تسنیم

 

O həmçinin  Livan hökumətinin ərəb ölkələrinin təzyiqindən qurtularaq Suriya hökuməti ilə müzakirələrə oturacağına ümid etdiyini vurğulayıb: "Livan hökumətindən bu qaçqınların real vəziyyətini görməsini istəyirəm. Bu insanlar evsizlikdən, kasıbçılıqdan və xəstəliklərdən əziyyət çəkirlər. Bunun qarşılığında livanlılar da bu yurdsuzluğun yükünü daşıyırlar. Ümid edirəm ki, Livan hökuməti tezliklə Suriya ilə müzakirələrə oturacaqdır. Biz bu gün dönüş nöqtəsindəyik. Bu gün terrorizmin qarşısında durulmasaydı, indi bütün bölgə onların əlində olacaqdı. Ancaq gördüyümüz kimi təkfirçi terrorizm Suriyada və Mosulda məğlubiyyətə uğradı."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system