DÜNYA

Oxundu: 48
BMT rohinca müsəlmanlarına qarşı hücumlarda soyqırım elementlərinin olduğunu açıqlayıb - İlk dəfə olaraq

BMT rohinca müsəlmanlarına qarşı hücumlarda soyqırım elementlərinin olduğunu açıqlayıb - İlk dəfə olaraq

İslaminSesi.info Anadolu-ya istinadla xəbər verir ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn şərq ümumdünya təşkilatının İnsan Hüquqları Şurasının xüsusi iclasında çıxış edib.

O, çıxışı zamanı Myanmada rohinca müsəlmanlarına qarşı on illərdən bəri davam edən sistematik və amansız hücumu pisləyib və ilk dəfə olaraq Myanmada baş verən hadisələrdə soyqırım elementlərinin mövcudluğunu qeyd edib.

 

Raad Əl-Hüseyn bildirib ki, BMT Rakhayn ştatında rohinca müsəlmanlarına qarşı törədilən cinayətlərin araşdırılması üzrə yeni müstəqil mexanizm hazırlamalıdır.

 

Onun sözlərinə görə, rohinca müsəlmanları uzun illər ərzində Myanma vətəndaşları sayılmırlar, sistematik və amansız hücumlara və təqiblərə, diskriminasiyaya məruz qalırlar.

"Onları öldürürlər, zorakılığa məruz qoyurlar, evlərini, kəndlərini dağıdır, əmlaklarına ziyan vururlar. Bütün bunları nəzərə alaraq, kimsə soyqırım elementlərinin olmasını inkar edə bilərmi"?, - deyə Hüseyn bəyan edib.

 

 

Myanma ordusunun rohinca müsəlmanlarına qarşı avqustun 25-dən keçdiyi hücumlar zamanı 300-ə yaxın kənd yandırılıb və dağıdılıb, 626 mindən çox rohinca dağlıq rayonlar, çay və ya dəniz vasitəsilə Banqladeşə qaçıb, daha on minlərləsi də qaçmağın yolunu axtarır. Məlumata görə, Rakhaynda 1970-ci illərdə təxminən 2 milyon müsəlman yaşayırdı, lakin sistematik hücumlar səbəbindən onların sayı hazırda 350 min nəfərdən azdır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system